ƏVƏZis. [ər.] 1. Qarşılıq, bir şeyin (adamın) yerini tuta bilən şey (adam). Bu şeyin əvəzi yoxdur. Onun əvəzini tapmaq çətindir. Əvəz etmək (eləmək) - 1) yerini tuta bilmək. Belə bir zamanda Müqim bəy hansı bir hünərlə zabitəli xanımı əvəz edə bilərdi? S.Rəhimov; 2) ardınca gəlmək, yerini tutmaq. Çiskinli və qaranlıq gecəni aydın bir səhər əvəz etdi. M.İbrahimov. Bəzən ən soyuq günü ən isti gün əvəz edir. Mir Cəlal;
dəyişdirmək. Növbətçini əvəz etmək; // müvəqqəti olaraq yerini tutmaq, vəzifəsini icra etmək. Müdiri kim əvəz edir? Uzun müddət o, rəisi əvəz etdi. // Tay, bərabər. Gözəllikdə sənin əvəzin hanı? (Nağıl). Əvəz olmaq - bərabər olmaq, uyğun olmaq. Mən müqəddəs ata-ana sözünə; Tapmadım bir əvəz olan kəlmə. A.Səhhət. Əkbərin nə yalvarması, .. nə vədi Əli paşanın bir qəpiyinə əvəz ola bilmədi. Mir Cəlal. Qarşılıq, mükafat, muzd, haqq. Zəhmətinin əvəzini aldı. - Gülün gülabını axır günü çəkər əttar; Qalır sənə əvəz ahü zar, ey bülbül! S.Ə.Şirvani. Qisas, intiqam, öc. □ Əvəz(ini) almaq intiqam(ını) almaq, qisas(ını) almaq. Əvəz(ini) çıxmaq - bax əvəz(ini) almaq. Mən öz quşlarımın əvəzini çıxmaqla mükafatımı aldım, - dedim. M.Rzaquluzadə. Yerlik halda: əvəzində - 1) bir şeyin və ya şəxsin yerinə, yerində. Əvəzində buların çayçı, çaxırçı dükanı; Gecə-gündüz doludur cümlə müsəlman, mənə nə! M.Ə.Sabir; 2) qarşılıq olaraq, mükafat olaraq, müqabilində. Qulluğumuzun və ixlasımızın əvəzində [şah] mənsəbimizi də əlimizdən aldı. M.F.Axundzadə. Çıxışlıq halda: əvəzindən - əvəz olaraq, yerinə, əvəzində. [Qurban Molla Fərzəliyə:] Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzimdən öpsün və onlardan göz-qulaq olsun. A.Şaiq. Yönlük halda: əvəzinə - bax əvəzində. [Koroğlu] elə qəzəblə ata sıçradı ki, Qıratın əvəzinə ayrı bir at olsaydı, çoxdan beli sınmışdı. “Koroğlu”. O yerdə ki bir lüğət kitabında gərəkyazılaydı “millət”, orada “millət” əvəzinəyazılıb “şəxs”. C.Məmmədquluzadə. [Kişi] ..”indi” əvəzinə “şimdi”, “cənab” əvəzinə “əfəndi”, “necə” əvəzinə “nasıl” qəbul etmişdi. B.Talıblı. Paylaşın - Hamı bilsin
|