ƏVƏZSİZsif 1. Əvəzi olmayan, əvəz oluna bilməyən, başqası ilə əvəz edilə bilməyən. Əvəzsiz yoldaş. - ..Bünyadın dostu da özü kimi Mollayevi əvəzsiz bir şəxsiyyət sayanlardandı. M.Hüseyn. Zahid [Rübabənin] həmişəlik və əvəzsiz munisi olmuşdu. Mir Cəlal.
Misli-bərabəri, tayı olmayan. Əvəzsiz gözəl. - Hiss olunurdu ki, Cavahir əvəzsiz çalışqan imiş. T.Ş.Simurq. zərf Pulsuz, müftə, qarşılıqsız. Bəndalı xəyalına gətirə bilməzdi ki, adam adama əvəzsiz, pulsuz bir xeyir iş görə. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|