
ƏVVƏLCƏzərf 1. Qabaqca, ilk öncə, daha əvvəl. Əvvəlcə sədr iclası açdı, sonra məruzəçiyə söz verdi. - [Eldar] əvvəlcə nədənsə yenə bu söhbəti sabaha qoymaq istədi. M.Rzaquluzadə. // Daha əvvəl, birinci iş olaraq. Köhnə ağacı əvvəlcə dibindən kəsdilər, sonra sürütləyə-sürütləyə apardılar.
Başlanğıcda, ibtidada. Əvvəlcə iş adama ağır görünər. Başlamadan qabaq, qabaqca. Əvvəlcə fikirləş, sonra danış. Əvvəlcə yaxşı qulaq as, sonra etiraz et. - [Süleyman:] Hələ indi, əvvəlcə bir Əsgəri evləndirək, görünür ki, bu, çox tələsiyir. Ü.Hacıbəyov. Paylaşın - Hamı bilsin
|