
ƏVVƏLDƏNzərf Qabaqdan, lap irəlidən, əvvəl vaxtdan, ilk vaxtdan, ibtidadan. Mən bunu əvvəldən bilirdim. Şərti əvvəldən demək lazım idi. - Hər kim əvvəldən inanmış hər nəyə; Bir də ram olmaz o, digər bir şeyə. H.Cavid. Hər qəbir dünyanın bağrında yükdür; Əvvəldən torpağın dərdi böyükdür. M.Rahim. □ Əvvəldən-axıra kimi, əvvəldən-axırına kimi - başdan-başa, hamısı, bütün. Əvvəldən-axıra kimi yalandır.
Paylaşın - Hamı bilsin
|