ƏYALis. [ər.] köhn. 1. Ailə, külfət. [Yusif Sərrac] öz kəsbi ilə özünü və əyalını saxlamağa məşğul oldu. M.F.Axundzadə. İndi əgərçi ona zəhmət olar; Qışda əyalı, özü rahət bular. M.Ə.Sabir. Para nədir? Uzünü gördüyüm bir il yoxdur; Fəqət əyal yanında xəcalətim çoxdur. Ə.Nəzmi.
Arvad, zövcə. Bəs nədir yığıbsan neçə əyalı; Doğmaz şad olarsan, doğar ağlarsan. M.V.Vidadi. [Qoca kişi:] Budur, neçə gün olar ki, özümə bir əyal gətirmişəm. Ə.Haqverdiyev. Sonra bir tikə yavan çörək də tapsam, əyalım ilə qabaq-qabağa əyləşib ağız ləzzəti ilə, iştaha ilə yeyərəm. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|