ƏYAN1 sif. [ər.] Gözlə görünən, açıq, aydın, aşkar (adətən xəbər şəkilçisi ilə işlənir). Onun düzgünlüyü hamıya əyandır. Gedən, getmə, dayan, dur; Sirrim sənə əyandır. (Bayatı). Sənə əyandır, ey dilbər, sevdiyim! Qurbanidir, bir şey dilər, sevdiyim! Qurbani. □ Əyan etmək (eləmək) - aydın etmək, bildirmək. Yox bir açıq dilim, sənə mən eyləyim əyan; Ta sən qanınca, qalmayacaq millətimdə can. Ə.Qəmküsar. Qurban bu xəbəri gəlib xanımına əyan elədi. İ.Musabəyov. Əyan olmaq - bəlli olmaq, aşkar olmaq, aydın olmaq. Cənnətin yavıqlaşmağı ustaya əyan oldu. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|