ƏYAN2 top. [ər.] köhn. Keçmişdə: ölkənin yuxarı təbəqələrinə mənsub olan mötəbər və yaşlı adamlar; zadəganlar. Nüşabə taxt üstündə oturmuş, ətrafda vəzirlər, əyanlar, sərkərdələr, saray adamları dayanmışdır. A.Şaiq. Ordunu yola salmaq üçün Gəncənin əyan və ziyalıları Isfahan kəndinə qədər gəlmişdi. M.S.Ordubadi. Papaqların bəzisi uzun və qovun çeşnisində idi, bunların sahibinin molla və əyandan olmağı aşkar idi. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|