
ƏYLƏNDİRMƏK1 f. Əyləncə ilə məşğul etmək, başını qarışdırmaq, şənləndirmək, ürəyini açmaq. Uşaqları cürbəcür oyunlarla əyləndirmək. Yanında bulunan qadınlar [Gülzarı] yayındırmaq və əyləndirmək üçün qrammofon oxudurlardı. T.Ş.Simurq. [Həsən:] ..Rəşid əfəndi gəldi də sizi əyləndirir.
Nəzərli. // Oynatmaq, əyləncə etmək. Bir könülə kifayətdir bir mənalı məhəbbət; İki qəlbi əyləndirmək xəyanətdir, sevgilim! S.Rüstəm. [Tutu:] Bir zaman məni də bu cür yağlı dillərlə əyləndirirdin. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|