
ƏYLƏNMƏK1 f. Dayanmaq, durmaq, yubanmaq, ləngimək. O, görəsən, harada əyləndi, gəlib çıxmadı? - [Dəli Həsən:] Əylən, bir qulaq as sözə. “Koroğlu”. Fərhad qulluqdan çıxanda daha bir yanda əylənməyir, tez evə qayıdırdı. C.Cabbarlı. // İlişib qalmaq, sakin olmaq. 1918-ci ildə Minkənd tərəfdən gələn Zəngəzur qaçqınlarından bu kənddə əylənənləri çox olmuşdu. Ə.Abasov.
Paylaşın - Hamı bilsin
|