ƏYRİ-ÜYRÜ sif. 1. Çox yerindən əyilmiş, düz yeri olmayan. Əyri-üyrü ağac. Əyriüyrü məftil. - Müqim bəyin boynu qısa, qılçaları gödək, əyri-üyrü, qarnı qarpız kimi qalxıq, başı da aran yerinin düyələyi kimiyupyumru idi. S.Rəhimov. Qaş qaralır, əyri-üyrü daşların sıx kölgəsi; Qəbirlərin üstü ilə sürünür ilan kimi. B.Vahabzadə. // Düz olmayan, düz istiqamətdə getməyən, çoxlu döngələri olan. Əyri-üyrü küçələr. Əyri-üyrü xətt. Əyri-üyrü cığırlar. - Müəllim kəndin .. əyri-üyrü küçələri ilə gedirdi. S.Hüseyn. Qarlı güneyin sinəsində əyriüyrü, çalın-çarpaz cığırlar əmələ gəlirdi. B.Bayramov.
Bax əyri 2-ci mənada. Əyri-üyrü adamdan qaçmaq lazımdır. // İs. mənasında. Mənim çarəm nədir? Mən gecə səhərə kimi gözümü yummuram, böyük şəhərdir, necə olsa beş nəfər əyri-üyrüsü olmayacaqmı? M.S.Ordubadi. Yanlış, qüsurlu, nöqsanlı. [Mirzə Səfər] şeirlər oxuyardı və oxuyandan sonra da onları əyri-üyrü (z.) rus dilinə tərcümə edərdi. Ə.Haqverdiyev. □□ Əyri-üyrü baxmaq - bax əyri-əyri (“əyri”də). Məcid, xanımın məzəmmətini eşitcək bir az əyri-üyrü ona baxdı.. B.Talıblı. Paylaşın - Hamı bilsin
|