
ƏYYARsif. və is. [ər.] Hiyləbaz, kələkbaz, çoxbilmiş, fırıldaqçı, dolandırıcı. Qara pəhləvan yaman güclü, həm də yaman əyyar idi. “Koroğlu”. Əyyar Ibrahim Şiraza gələndən sonra Fərəc ixtisara düşən bir müəllim vəziyyətində qalmışdı. Qantəmir. // Oğru, cibkəsən, evyaran. Əyyarlar başladılar Dəmirçioğlunun üstünə bihuşdarı səpməyə. “Koroğlu”.
Paylaşın - Hamı bilsin
|