ƏZA3 is. [ər. “üzv” söz. cəmi] 1. Bədən üzvləri (Azərbaycan dilində bəzən “üzv” mənasında işlənir). Quzunun parçalardı əzasın; Sındırıb kəlləsin, qabırğasın. S.Ə.Şirvani. [Şahbaz bəy:] Şəmsi, mənim bədənimdə bir sağ əzam yoxdur. S.S.Axundov. Hərdən başını qaldırıb nəzəri uşaqların solğun üzünə düşəndə [Aslanın] bütün əzası inildəyirdi. C.Cabbarlı.
2. köhn. Bir cəmiyyət və ya heyəti təşkil edən üzvlərin məcmusu və ya hər biri. Parlaman parladı əzası ilə. M.Ə.Sabir. Danışıqdan sonra məhkəmə əzası qərar çıxardıb hər kəsin haraya göndərilməsini təyin edəcəkdir. Ə.Haqverdiyev. ..Çarın taxta oturan günü bütün konsulxana əzaları konsulxanadakı ziyafətə yığılmışdılar. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|