
ƏZAZİL[ər.] 1. is. Şeytan. Onu əzazil də aldada bilməz. - Əhsəni-təqvimi inkar eylər imansız fəqih; Şol əzazilin ki adın həq deyər, şeytan budur. Nəsimi.
2. sif məc. Zalım, amansız, rəhmsiz, insafsız, qəddar. Əzazil adam. Əzazil ata. - Nuşəfərinin atası çox əzazil və zalımdı. (Nağıl). Qara xan əzazil bir xan idi. “Koroğlu”. Şişman qadın əzazil bir qayınana idi. S.Hüseyn. Paylaşın - Hamı bilsin
|