
ƏZBƏR1. is. Bir mətni və ya sözü eyni ilə təkrar edilə biləcək şəkildə yadda, hafizədə saxlama. □ Əzbər etmək (eləmək) bax əzbərləmək. [Ruqiyyə xanım] bütün elmləri əzbər eləyib, açarını qoymuşdu cibinə. “Koroğlu”. Ertə durarsan səhər; Dərsi edərsən əzbər. A.Səhhət.
2. Bax əzbərdən. Əzbər bilmək. Əzbər oxumaq. - Sona yenə taxta yığışıb Bahadırın kağızını əzbər oxuyurdu. N.Nərimanov. □□ Dillərdə əzbər olmaq, dillər əzbəri olmaq - bax dil1 Paylaşın - Hamı bilsin
|