
ƏZƏLDƏNzərf Lap əvvəldən, ilk vaxtdan, ibtidadan. Əzəldən deyər ki, bəri dur, bəri; İrəli gedərsən, o durar geri. Q.Zakir. Biganələrlə çünki olub aşina könül; Ey kaş, olmayaydım əzəldən mən aşina! S.Ə.Şirvani. Əzəldən belədir, hər yeni şair; Bir yeni yol bulub, bir əməl bəslər. Ə.Cavad. Əzəldən düşmənəm qorxu ilə mən. M.Rahim.
Paylaşın - Hamı bilsin
|