ƏZƏLİsif. [ər.] Zamanca başlanğıcı, ibtidası olmayan (əbədi müqabili). Kəhkəşan südlü nəhri andıraraq; Əzəli bir kitab oxurdu mana. H.Cavid. Bu doğrudur, sevda olur əzəli; Mən şairəm həyatımdan bezəli. Ə.Cavad. Həyatın əzəli bir qanunu var; Işsiz hünər yoxdur, hünərsiz də iş. S.Vurğun.
Paylaşın - Hamı bilsin
|