.....i_l_by_id_with_comments
ƏZƏMƏTLİsif. Böyük, möhtəşəm. Əzəmətli qala. Əzəmətli dağlar. - Ta o dərəcəyə kimi ki, hətta Istanbul kimi bir əzəmətli paytaxtda telefon çəkməyi Sultan Əbdülhəmid qadağan etmişdi. C.Məmmədquluzadə. Təyyarəmiz başdan-başa qarla örtülmüş bu əzəmətli şəhər üzərində uçur. M.Hüseyn. Misirli özü çəkdi; Qədim Memfis şəhərinin; Əzəmətli səddini. O.Sarıvəlli. // Dəbdəbəli, təmtəraqlı, möhtəşəm, calallı. Vaxtı ilə bir qismi miskin və fəqir, bir qismi də möhtəşəm və əzəmətli qəbirlərdən bir əsər və əlamət qalmamışdı. S.Hüseyn. Böyük, əzəmətli bir saray çilçıraq içərisində yanırdı. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|