
ƏZİK-ÜZÜK sif. 1. Çox əzilmiş. Əziküzük meyvə. - [Qurban:] ..Hər ağac altından üç-dörd çuval əzik-üzük alma yığmışıq. Ə.Məmmədxanlı.
Hamarlığı, şaxlığı, düzlüyü getmiş, əzilmiş. Əzik-üzük köynək. Əzik-üzük yaylıq. - Yarməmməd portfelindən bir dəstə əzik-üzük kağız çıxardı. M.İbrahimov. Sınıq, sınıq-salxaq, əyri-üyrü. Əziküzük stol. - [Koroğlu:] Canım, bunlar əziküzük dəmirparçalarıdır, nal gətir! “Koroğlu”. Paylaşın - Hamı bilsin
|