
ƏZİKsif 1. Əzilmiş. Əzik meyvə. Əzik pomidor.
Ütüsü, şaxlığı, hamarlığı getmiş; hamar olmayan. Əzik köynək. Əzik qəzet. - Fərhadoğlu əzik paltarlarının üstündə əlini gəzdirirdi. S.Rəhimov. Batıq, çökük. Əzikparç. Samovarın bir böyrü əzikdir. // is. Əzik yer. Əziyi düzəltmək. is. tib. Yumşaq toxumaların zədələnməsi ilə birlikdə qan damarlarının qırılması nəticəsində əmələ gələn zədə yeri. Ayaqdakı əzik. Əlində əzik var. Paylaşın - Hamı bilsin
|