
ƏZİLİB-BÜZÜLMƏK f 1. Nazlanmaq, naz etmək. [Ələmdar] əzilib-büzülən, şirindil xanımların başları üstündən uzun dimdiyini sallayıb .. baxdı. S.Rəhimov.
məc. Cavabdan qaçmağa çalışmaq, tərəddüd etmək. Yasavulbaşı əzilib-büzülməyə başladı. M.Rzaquluzadə. Əzilmək, əzik-əzik olmaq. Əzilib-büzülmüş paltarı ütüləmək. - Maya ayağa durdu, əzilib-üzülmüş balışı çırpdı. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|