İzahlı lüğət

ƏZİLMƏK

f 1. Basılaraq, yaxud ağır bir şeyin altında qalaraq, ya sıxılaraq əzik hala gəlmək; zədələnmək. Meyvələr yeşikdə əzilmişdir. Paltarlar əzilmişdir. - Mən əzilmiş kol-kosları, sınıq budaqları gördüm. Ə.Məmmədxanlı.
Toza çevrilmək, narın hala gəlmək, toz halına gəlmək.
məc. Məhv edilmək, məğlub edilmək, döyülmək, darmadağın edilmək. Düşmən əzildi. - [Uluq bəy:] Vurun, hey, igidlər, bizimdir zəfər; Dəmir məngənədə əzilir qeysər. A.Şaiq.
məc. Zülm altında olmaq, təzyiq altında olmaq, istismar edilmək, məhkum edilmək. Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq.
məc. Nazlanmaq, naz etmək, əzilibbüzülmək. [Nazlı:] Eh, siz şəhər qızları, çox ərköyünsünüz. Əzilirsiniz, süründürürsünüz, adamın canını üzürsünüz.. Ə.Məmmədxanlı. [Gövhər:] Onun böyük bacısı səninlə çox əzilə-əzilə (z.) danışır, ay Xəlil. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed