ƏZİZ-GİRAMİ sif. [ər. əziz və fars. girami] Çox əziz, çox sevilən, çox əzizlənən, çox ərköyün. Əziz-girami övlad. - [Fatmanın] belə əziz-girami oğlunun nişanlısı quru evə gəlməməli idi. Mir Cəlal. // İs. mənasında. Hər evin bir əziz-giramisi olduğu kimi, Nazlı da bu evin əziz-giramisi idi. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|