İzahlı lüğət

ƏZM

is. [ər.] Qəti niyyət, qəti qərar, qəsd. Çox da vətən torpağı boyandı al qanına; Əzmimiz qorxu salmış düşmənlərin canına. S.Rüstəm. // Qətiyyət, cəsarət, mətanət, iradə. Əgər bizim iradə və əzmimiz möhkəm və sabit olarsa, zəmanəmizin həqiqi övladları ola bilərik. M.İbrahimov. // Ümumiyyətlə, məqsəd, niyyət. Təmaşayi-rüxün əzmilə çıxdı afitab, əmma.. Füzuli. Ticarət əzmilə Hində gedərdi; Gecə-gündüz dincəlməyib sürərdi. Q.Zakir. □ Əzm etmək - 1) köhn. müəyyən bir niyyət və qərarla yola düşmək, bir yerə üz tutub getmək. Bakıya əzm etdi. Çün qıldı vəsiyyətini axir; Əzmi-səfər etdi ol müsafir. Füzuli. Vərqa ona qıldı üzrxahi; Əzm etdigi yola dutdi rahi. Məsihi. Əzm elə Yevlaxa sən; Orda vaqonları gör. Ə.Nəzmi; 2) qərara gəlmək, qəsd etmək, niyyət etmək. Məcmuəni aprelin yeddisində nəşrə qoymağa əzm etmişdik. C.Məmmədquluzadə. Əzm qılmaq köhn. - bax əzm etmək. Tənha səfər ixtiyar qıldı; Əzmi-sərikuyi-yar qıldı. Füzuli. Əzmi-çəmən qılıb bu gün ol sərv, qorxuram; Bərgi-hənavü gül dolaşa əl-ayağına. Q.Zakir. Əzm qıldım, güzar etdim; Mən sizin diyara gəldim. Aşıq Hüseyn. Əzmindən dönmək - qərarından, niyyətindən, fıkrindən daşınmaq, vaz keçmək, dönmək. Yüksəlmək istərəm, əzmimdən dönməm! Qarşıma kim çıxsa enmək vəzifəm. A.Şaiq. [Yaralı zabit:] Bu xəbər düz də olsa, fərz edəlim; Bir mücahid dönərmi əzmindən? H.Cavid. Mirzağa məqsədinə doğru yürüməli, əzmindən dönməməli idi. S.Hüseyn. Əzmini toplamaq - bir şeyi həyata keçirmək üçün qəti qərara gəlmək, iradəsini toplamaq. [Yunis] özünü tufana düşmüş balıqçılar ilə müqayisə edib əzmini topladı. Mir Cəlal.
əzmlə zərf Qəti niyyətlə, qətiyyətlə, səbatla, dönmədən. Əzmlə irəli hərəkət etmək. Əzmlə məqsədə doğru getmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed