ƏZMƏKf 1. Basıb, ya sıxıb yastılamaq, şəklini pozmaq. Qarpızı, qovunu əzmək. // Basıb (vurub, toxundurub) bir yerini çökəltmək. Samovarın, qazanın böyrünü əzmək. Həvəngdə və s.-də döyüb narın etmək, toz halına salmaq. Istiotu həvəngdə əzirlər.
...Kakao Amerikadan gələn ot toxumudur. Onu qabıqdan çıxarıb, qurudub, əzib kakao adı ilə satırlar. H.Zərdabi. // Ovmaq, doğramaq. Qızlar əkilmiş torpağın kəsəklərini əzir, alağını təmizləyir, cərgələrini hamarlayırdılar. Ə.Vəliyev. Hamarlığını, şaxlığını, düzlüyünü, yaxud ütüsünü pozmaq. Paltarları əzmək. Gördün pullarını əzib özünə qaytaranda nə kiridi? “Koroğlu”. Basaraq, sıxaraq yumşaltmaq. Mumu əzmək. məc. Darmadağın etmək, məğlub etmək. Düşməni əzmək. məc. Döymək, kötəkləmək, əzişdirmək. [İsmayıl:] Bəy onu bir az əzmişdisə, başa gəlmirdi. Mir Cəlal. // Vurub yaralamaq. Layiqmi lotular əzələr qardaşın başın? C.Cabbarlı. məc. Sarsıtmaq, yox etmək. Köləlikyenə də Mahrunun iradəsini və şəxsiyyətini əzməmişdi. M.S.Ordubadi. məc. Mənəvi əzab vermək, əziyyət vermək, incitmək, narahat etmək. Hər halda düşüncə məni əzirdi. M.S.Ordubadi. [Musa Əşrəfə:] ..Sizə öylə bir cəza verməliyəm ki, bundan sonra hər kəsə ibrət olsun, .. gücsüzləri çeynəyib əzməsinlər.. H.Cavid. □□ Ozünü əzmək - naz-qəmzə etmək, özünü naza qoymaq, əzilib-büzülmək. Əzib suyunu çıxartmaq məc. - bərk sıxışdırmaq, incitmək, istismar etmək. Paylaşın - Hamı bilsin
|