ƏZRAİLis. [ər.] 1. Dini etiqadlara görə, bütün insanların ölmək vaxtı çatanda onların canını alan mələk, ölüm mələyi. Əzrail
gələndə soruşmaz ki, oğul-uşağın necədir? (Ata. sözü). [Dərviş:] ..Əzrail hərdənbir qanadı ilə məni çaldığını anlayıram.. A.Divanbəyoğlu. 2. məc. Amansız, qəddar, əzazil, qorxunc adam haqqında. [Qurban:] Amma [Hafızəni] çox əzrail arvad söyləyirlər. Ə.Haqverdiyev. [Ağaxan:] Bəydadaş, unutma ki, biz belə [arvad kimi] əzraillərlə bir yerdə yaşayırıq. S.Rəhimov. [Meşədə] bizim xanım və onun oğlu kimi əzraillər yoxdur.. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|