İzahlı lüğət

ƏZVAY

is. 1. bot. Qalın ətli və xətvari yarpaqları olan, təbabətdə işlədilən çoxillik ot-bitki; aloe. Əzvay çoxillik tropik və ya subtropik bitkilərdən olub, yoğun, uzun və kənarı diş-diş (tikanlı) ətli yarpaqlara malikdir. R.Əliyev.
Bu bitkinin yarpaqlarından alınan acı dadlı, qara və bərk maddə (xalq arasında dərman kimi işlədilir). Əzvay bitkisinin yarpaqlarından alınan şirəni qurutduqda yaşılımtraq-qonur kütlə alınır. Ona əzvay deyilir. M.Qasımov.
məc. dan. Acıdil, ətiacı adam haqqında. // Söyüş yerində işlənir. [Molla Fərəc:] Ay
Nəsir bəy, bu əzvay oğlu əzvay haradan gəldi, kefimizə soğan doğradı? M.Əliyev.
məc. məh. Aciz, əlindən heç bir iş gəlməyən adam haqqında. Əzvayın biridir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed