FAGIRis. və sif [ər.] 1. Aciz, yazıq, məzlum; dinc, sakit. Fağır kişi. - [Nəbi pristav Mehdi bəyi görcək deyinir:] Ə, bu fağırı niyə qəhr edirsən? “Qaçaq Nəbi”. [Hacı Qara:] ..Mən bir fağır adamam, peşəm sövdəgərlikdir. M.F.Axundzadə.
Kasıb, yoxsul, tavanasız, miskin. Fağıra kömək etmək. - Dağıdın fağırlara; Dövlətin, malın keşişin! Aşıq Ələsgər. [Qulu:] Adam fağıra pul verər, yetimə paltar alıb qarnını doydurar. S.S.Axundov. fağır-fağır zərf Yazıq-yazıq, məzlumməzlum; fağırcasına. Fağır-fağır oturmaq. Mehriban fağır-fağır kişinin dalınca baxıb bir müddət qapını örtmədi. H.Seyidbəyli. Paylaşın - Hamı bilsin
|