F (ID - 13795) Azərbaycan əlifbasının səkkizinci hərfi. bax fe.
|
FA (ID - 13796) [ital.] Musiqi qammasının "do” dan başlayan dördüncü səsi; bu səsi ifadə edən not.
|
FABRİK (ID - 13797)[lat. fabrica - emalatxana] Xammaldan maşınla müxtəlif məmulat hazırlanan sənaye müəssisəsi. Tikiş fabriki. Fabrikin istehsalatplanı. - Pambıq çoxaldıqca fabrik canlanır; Kollektiv güclənir, birlik canlanır. M.Müşfiq. Ehtiyat xala...
|
FABRİKANT (ID - 13798)[lat.] Fabrik sahibi olan fabrikçi.
|
FABRİKÇİ (ID - 13799)bax fabrikant [Mirağa:] Mülkədar, fabrikçi və tacir zəhmət çəkmir. Mir Cəlal.
|
FABRİK-MƏTBƏX (ID - 13800) [lat. fabrica və ər. mətbəx] Mexaniki üsulla çoxlu yemək hazırlanan iri ictimai iaşə müəssisəsi. Qabaqcıl fabrik-mətbəx. Bakıda ilk fabrikmətbəx 1930-cu ildə işə salınmışdır.
|
FABULA (ID - 13801)[lat. fabula - təmsil, nağıl]
ədəb. Bədii əsərin qısa məzmunu, hadisələrin ardıcıl ifadəsi. Romanın fabulası çox mürəkkəbdir. 2. hüq. Cinayət hadisəsinin məzmunu. |
FACİƏ (ID - 13802)is. [ər.] 1. Dəhşətli, ağır nəticəli hadisə, fəlakət, müsibət, bədbəxtlik. Başına faciə gəlmək. Alkoqolizm faciə ilə nəticələnir. - Mirzağanın faciəsi ictimai bir faciə idi. S.Hüseyn. [Şəndə:] İnamı itirmək fəlakətdir...
|
FACİƏLİ (ID - 13803)sif Faciə ilə dolu; müsibətli, faciəyə səbəb olan, faciə ilə nəticələnən;
dəhşətli, fəci. Alagöz öz daxili aləmi ilə bir cəzirə kimi yaşayan evdən qaçmış, həyatın faciəli səhnəsinə düşmüşdü. S.Rəhimov. Uşaq... |
FAGIR (ID - 13804)is. və sif [ər.] 1. Aciz, yazıq, məzlum; dinc, sakit. Fağır kişi. - [Nəbi pristav Mehdi bəyi görcək deyinir:] Ə, bu fağırı niyə qəhr edirsən? “Qaçaq Nəbi”. [Hacı Qara:] ..Mən bir fağır adamam, peşəm sövdəgərlikdir. M.F.Axundzadə....
|
FAĞIRLAŞMA (ID - 13805)“Fağırlaşmaq” dan f.is.
|
FAĞIRLAŞMAQ (ID - 13806) |
FAĞIRLIQ (ID - 13807)is. 1. Acizlik, yazıqlıq, məzlumluq.
Yoxsulluq, kasıblıq. |
FAĞIR-FÜQƏRA (ID - 13808) top. [ər.] Cəmiyyətin aşağı, yoxsul təbəqələri, varı olmayanlar, kasıblar, yoxsullar. Qoçular, quldurlar qatar taxırlar; Fağır-füqəraya yan-yan baxırlar. Aşıq Ələsgər. [Hacı:] Fağır-füqəraya əl tutmuşam. Mir Cəlal.
|
FAHİŞƏ (ID - 13809)is. [ər.] Özünü pula satan, fahişəliklə məşğul olan qadın. //məc. Son dərəcə alçaq, prinsipsiz, satqın adam haqqında.
|
FAHİŞƏXANA (ID - 13810)is. [ər. fahişə və fars. ...xanə] Fahişələrin yaşadıqları və gələnləri qəbul etdikləri ev, mənzil.
|
FAHİŞƏLİK (ID - 13811)is. Qadınların özlərini pula satması. [Qətibə qəlbində Səba xanıma acıqlanaraq:] ..Sən elə bilmə ki, tədbirli, bacarıqlısan.. Səni mənə üstün gətirən bir şey varsa, o da sənin fahişəliyindir. M.S.Ordubadi.
|
FAXİR (ID - 13812)sif [ər.] köhn. 1. Fəxr edən, öyünən, lovğalanan.
2. Gözəl, qiymətli, parlaq. Hacı Kamyab libaslarının ən faxirini geyib Xudayar xanın vüruduna hazırlaşdı. Ə.Haqverdiyev. |
FAİL (ID - 13813)sif. [ər.] köhn. 1. İşləyən, edən.
Təsir edən. is. Ərəb qrammatikasında feli sifət modeli. |
FAİZ (ID - 13814)is. [ər.] 1. Hər hansı ədədin tam (vahid) kimi götürülən yüzdə biri (% işarəsi ilə göstərilir). Sadə faiz düsturu. - [Bəhlul:] Nənəmin gözündə onca faiz işıq vardı. B.Bayramov. Kapitalın hər yüz manatından əldə edilən...
|
FAİZLİ (ID - 13815)sif Faiz verən, faiz (gəlir) gətirən. Faizli istiqraz.
|
FAİZSİZ (ID - 13816)sif Üstünə faiz gəlməyən, faizi olmayan, faizlə gəlir verməyən. Faizsiz istiqraz. Faizsiz borc.
|
FAKS (ID - 13817)is. [ing.] 1. Elektron rabitə cihazı.
2. Qrafik məlumatın qəbulu və verilməsi üsulu. |
FAKSİ MİLE (ID - 13818) [lat.] 1. Əlyazması, sənəd, imza və s.-nin fotomexaniki reproduksiya yolu ilə çıxarılmış dəqiq surəti. Faksimile şəklində çap olunmuş əsər. Əlyazmasının faksimilesi.
Birinin əli ilə çəkilmiş imzasını təkrarlamaq üçün... |
FAKT (ID - 13819)[lat. factum - edilmiş, baş vermiş] Həqiqətən olmuş hadisə, əhvalat, qəziyyə. Bu deyilənlər uydurma deyil, faktdır. Hər kəs bildiyi faktı deyir, üçlükdə müzakirə edib o birinə keçirdilər. B.Bayramov. // Nümunə, misal. Faktı...
|
FAKTIK (ID - 13820)sif [lat.] Gerçək, həqiqi, faktlara əsaslanan. Faktik vəziyyət.
□□ Faktik nikah hüq. - qanunun müəyyən etdiyi qaydada qeyd olunmamış nikah. |
FAKTOQRAFİYA (ID - 13821)[lat. factum və yun. grapho - yazıram] kit. Faktların (olmuş hadisələrin) təhlil edilmədən, ümumiləşdirilmədən və ya bədii cəhətdən işlənilmədən təsvir edilməsi.
|
FAKTOR (ID - 13822)[lat. factor - edən, düzəldən] Hər hansı prosesin, hadisənin gedişini şərtləndirən moment, fakt; amil.
|
FAKTORİYA (ID - 13823)[lat.] 1. Avropa tacirlərinin müstəmləkə ölkələrində ticarət kontoru və yaşadıqları yer.
2. Ucqar ovçuluq rayonlarında ticarət və təchizat məntəqəsinin adı. Şimalda xəzli heyvan faktoriyası. |
FAKTÜRA (ID - 13824)[lat. factura - quruluş] 1. xüs. İncəsənət əsərlərində bədii üsulun xüsusiyyəti. Şerin fakturası. Simfoniyanın fakturası.
xüs. Hər hansı bir materialın (məs.: parçanın, şüşənin və s.-nin) zahiri görünüşünü müəyyən... |
FAKULTATİV (ID - 13825)sif. [fr.] Məcburi olmayan, könüllü, öz arzusu ilə seçilən. Mühazirələrin fakultativ kursu.
|
FAKÜLTƏ (ID - 13826)[alm.] Ali məktəblərin tədris obyektinə görə bir-birindən ayrılan şöbələrindən hər biri. Kimya fakültəsi. Hüquq fakültəsinin dekanı. - [Həsən] riyaziyyat fakültəsinə .. daxil oldu. I.Əfəndiyev.
|
FAQOT (ID - 13827)[ital.] Konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqotun konusvari gövdəsi. Faqot ağcaqayından düzəldilir.
|
FAL1 (ID - 13828) is. [ər.] 1. Falçıların noxuda, suya, güzgüyə, kitaba və s.-yə baxmaqla gələcəkdən və ya keçmişdən xəbər verməsi. Fala inanma, falsız da qalma. (Məsəl). Fal göstərirdi ki, dan ulduzunun karvanqıran ilə ötüşüb qovuşmağı...
|
FAL2 (ID - 13829) is. Toyuğun başqa yerdə deyil, müəyyən olunmuş yerdə yumurtlaması üçün ora qoyulan yumurta. Yumurtlamadı, yumurtlamadı, falını bəs neylədi? (Ata. sözü). [Şahpəri:] Bu qıza yüz dəfə demişəm ki, toyuğa fal qoy, yenə dəyadından...
|
FAL3 (ID - 13830) is. Dilim. Bir fal çörək.
|
FAL4 (ID - 13831) is. [holl.] Yelkəni qaldırmaq üçün istifadə edilən kəndir.
|
FALABAXAN (ID - 13832)bax falçı.
|
FALAQQA (ID - 13833)is. Molla məktəblərində şagirdləri cəzalandırmaq üçün işlədilən alət. Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə çıxmış ayaqlarını ovuşdurub ağlayır.. Ə.Haqverdiyev. [Əmiraslan:] Dədə, mən məktəbə getməyəcəyəm. Orada...
|
FALANQA (ID - 13834)[yun.] 1. Fransız utopik sosialisti Şarl Furyenin (1772-1837) layihəsində: ideal cəmiyyətin ilkin özəyi olan əmək icması, kollektiv təsərrüfat.
2. Franko İspaniyasında hakimiyyət başında olmuş faşist partiyasının adı. |
FALANQAÇI (ID - 13835)is. Falanqa üzvü (bax falanqa 2-ci mənada).
|
FALÇI (ID - 13836)is. Falabaxan, fal açmaqla, falçılıqla məşğul olan adam. Falçı falçıya fənd vurmaz. (Ata. sözü). Xanbibim falçı, nənəm bağtoxuyan; Bizdə, haşa, yox idi bir oxuyan. M.Ə.Sabir. // Sif. mənasında. Gəzir qapıları falçı qadınlar;...
|
FALÇILIQ (ID - 13837)is. Falçının işi, peşəsi. [Yarməmməd] atasının mollalığını, anasının falçılığını gizlətdiyi üçün onu maarif şöbəsindən qovmuşdular. M.Ibrahimov.
|
FAMİLİYA (ID - 13838)is. [lat.] 1. Atadan (bəzən də anadan) övladlarına keçib şəxs adlarına əlavə edilən nəsli, ailəvi ad. Qızlıq familiyasını saxlamaq. Familiyasını dəyişmək. Teymurun dindirdiyi sürücünün familiyası Cüməzadə idi. H.Seyidbəyli....
|
FAMİLİYALI (ID - 13839)sif. Familiyası olan, müəyyən familiya daşıyan.
|
FANATİK (ID - 13840)[lat. fanaticus - azğın] 1. Dindarlığı həddini aşaraq, başqa dinlərə düşmən münasibət bəsləyən adam; qatı mövhumatçı. Bağdad Şərq dünyasını təmsil edən əfsanəvi bir şəhər kimi, öz fanatik cah-cəlalı ilə bütün dünyanı...
|
FANATİK (ID - 13841)sif [lat.] Fanatizm mahiyyətində olan; mütəəssib. Fanatik adamlar. Fanatik görüşlər.
|
FANATİZM (ID - 13842)[lat.] Fanatik adamın düşüncə və hərəkət tərzi; başqa etiqadlara düşmən münasibət bəsləyib öz inandığına hədsiz sədaqət göstərmə, sevmə, öz əqidəsinə qeyri-adi sədaqət; təəssübkeşlik. // Mövhumatçılıq. Fanatizmlə...
|
FANER (ID - 13843)is. [alm.] 1. Yaraşıq üçün taxta şeylərin üzünə yapışdırılan nazik taxta təbəqəsi.
2. Çarpaz yapışdırılmış bir neçə təbəqə nazik ağac qatından ibarət taxta növü. Faner lövhələrin qalınlığı. - Kamal özünə... |
FANİ (ID - 13844)sif [ər.] Həmişəlik olmayan, axırı puç, axırı olmayan; müvəqqəti, keçici, qalmayan. Dost tutma dünyanı, fanidir, fani; Aldanıb özünü xar eyləməynən. Aşıq Ələsgər. Ey bizə fani cahanın dövlətindən dəm vuran; İstəyirsən,...
|
Bu səhifə dəfə baxılıb