FORSLANMA (ID - 14295)"Forslanmaq” danf.is.
|
FORSLANMAQ (ID - 14296)f. Fors etmək, lovğalanmaq, təkəbbür satmaq, təşəxxüs satmaq, təşəxxüslənmək. [Tahir:] Deməsinlər ki, Tahir forslanıb bizi saymadı. M.Hüseyn.
|
FORSLU (ID - 14297) sif. Fors edən; lovğa, təkəbbürlü, təşəxxüslü. Forslu qadın. - Fərəc bəy də atası kimi forslu, təşəxxüslü, paxıl, dargöz bir adam imiş. Ə.Vəliyev.
|
FORSUNKA (ID - 14298)[ing. force-pump - basıcı nasos] Maye və ya tozşəkilli maddələri, başlıca olaraq maye halında olan yanacağı tozlandırmaq üçün cihaz, alət. Forsunkanın gurultusu çörəkxananı başına almışdı. Mir Cəlal. Xəlil keçdikcə kürələrin...
|
FORT (ID - 14299)is. Qala tikililərinin tərkib hissəsi. Açıq və qapalı tipli fortlar olur.
|
FORTEPİANO (ID - 14300)[ital.] Zərbli-dilli simli musiqi aləti. Fortepiano konserti. Fortepiano çalmaq. - Kamera musiqisində görkəmli yer tutan janrlardan biri də fortepiano üçün bəstələnən prelüdlərdir. Ə.Bədəlbəyli.
|
FORTOÇKA (ID - 14301)[rus.] dan. Otağın havasını dəyişmək üçün pəncərədə düzəldilən qapıcıq, nəfəslik. Fortoçkanı bağlamaq. - Qədir gözlərini açıq fortoçkaya zillədi. Ə.Vəliyev.
|
FORUM (ID - 14302)[lat.] 1. tar. Qədim Romada: şəhərin ictimai həyatının mərkəzləşdiyi yer;
meydan. İmperiya dövründə forumların sayı artmışdı. 2. məc. Geniş nümayəndəli yığıncaq. Gənclərin beynəlxalq forumu. |
FOSFAT (ID - 14303)[yun.] kim. Gübrə kimi, habelə texnikada, tibdə işlədilən fosfor turşusu duzu. Polimer fosfatların xassələri.
|
FOSFOR (ID - 14304)[yun. phos, phoros - işıqsaçan] Bəzi mineralların, heyvanların sümüklərinin, heyvan və bitki toxumalarının tərkibində olan, tezalışan və qaranlıqda işıq verən kimyəvi maddə. Ağ fosfor. Qırmızı fosfor.
|
FOSFORİ (ID - 14305)T [yunancadan] Fosfat maddəsi ilə zənginləşmiş süxur (qumdaşı, əhəngdaşı və s.).
|
FOSFORLU (ID - 14306) sif. Tərkibində fosfor olan. Fosforlu çuqun.
|
FOSGEN (ID - 14307)[yun. phos - rəng və genos mənşə] kim. Nəfəs orqanlarına bərk təsir edən, xlorla karbon oksidinin birləşməsindən alınan zəhərli rəngsiz boğucu qaz. Fosgen Birinci Dünya müharibəsində zəhərləyici maddə kimi işlədilmişdi.
|
FOTO (ID - 14308)[yun. phos - işıq] b a x fotoqrafiya
ci mənada. Rəngli foto. foto... [yun. phos, photos - işıq] İşıq, işıq şüaları vasitəsilə işləyən, görülən, ya işıqdan törəyən mənasında olan, yaxud da fotoqrafiyaya aidliyi bildirən... |
FOTOAPARAT (ID - 14309)[yun. phos və lat. apparatus] Fotoqrafiya aparatı. Yeni markalı fotoaparat. - İmamzadə fotoqrafı görmədikdə tez divardan asılmış fotoaparatı götürdü. Q.İlkin. Kamil fotoaparatını götürdü, qızının əlindən tutub həyətə, çiçək...
|
FOTOATELYE (ID - 14310)[yun. phos və fr. atelier] İri fotoqrafiya emalatxanası. Fotoatelyedə şəkil çəkdirmək.
|
FOTOBOMBA (ID - 14311)[yun. phos və fr. bomba] Gecə havadan şəkil çəkərkən istifadə olunan təyyarə bombası.
|
FOTOBÖYÜDÜCÜ (ID - 14312)is. Surəti çıxarılarkən fotoşəkilləri böyüdən proyeksiya aparatı. Şaquli fotoböyüdücü.
|
FOTOELEMENT (ID - 14313)[yun. phos - işıq və lat. elementum - ünsür] İşıq enerjisini elektrik enerjisinə çevirən cihaz. Fotoelementin optimal iş rejimi.
|
FOTOGENIK (ID - 14314)sif. [yun.] Fotoqrafiyada və ya kinoekranda əks etdirilmək üçün yararlı, münasib olan, fotoda yaxşı çıxan. Onun çox yaxşı fotogenik sifəti var. - [Aslanov:] Yox, əzizim, mənim sifətim o qədər də fotogenik deyil. M.Hüseyn.
|
FOTOHƏVƏSKAR (ID - 14315)[yun. phos, ər. həvəs və fars. ...kar] bax fotosevər. Fotohəvəskarlar klubu.
|
FOTOXROMİYA (ID - 14316)[yun.] Şeyin təbii rənglərini əks etdirən rəngli fotoqrafiya.
|
FOTOXRONİKA (ID - 14317)[yun.] Hadisələrin fotoşəkillərlə göstərilməsi.
|
FOTOKAGIZ (ID - 14318)is. Fotoşəkil çap etmək üçün bir üzünə işığa həssas maddə çəkilmiş kağız.
|
FOTOKERAMİKA (ID - 14319)[yun.] Saxsı şeylər üzərinə fotoqrafiya üsulu ilə vurulan bəzək.
|
FOTOKİMYA (ID - 14320)[yun. phos və ər. əlkimya] Kimyanın, şeylərin işıq enerjisi və ya ultrabənövşəyi şüaların təsiri altında əmələ gələn kimyəvi reaksiyanı və dəyişməsini öyrənən bəhsi.
|
FOTOKİMYƏVİ (ID - 14321)sif. [yun. phos və ər. kimyəvi] 1. Fotokimyaya aid olan, fotokimya ilə əlaqədar olan. Fotokimyəvi reaksiya. İlk fotokimyəvi qanunauyğunluqlar XIX əsrdə müəyyən edilmişdir. Fotoqrafiyada tətbiq edilən kimyəvi preparatlara aid olan. Fotokimyəvi...
|
FOTOQRAF (ID - 14322)[yun.] 1. Bir sənət kimi fotoqrafiya ilə məşğul olan adam; fotoqrafçı, şəkilçəkən. “Mingəçevir inşaatçısı” qəzeti öz fotoqraf və müxbirlərini də bu dəstəyə qoşmuşdu. Ə.Sadıq. Bir neçə gün idi ki, fotoqraf hər gün...
|
FOTOQRAFÇI (ID - 14323)is. dan. Fotoqraf.
|
FOTOQRAFXANA (ID - 14324)[yun. phos - işıq və fars. ...xanə] bax fotoqrafiya 3-cü mənada. Fotoqrafxanada şəkil çəkdirmək.
|
FOTOQRAFIK (ID - 14325)sif. 1. Fotoqrafiya üçün olan, fotoqrafiyaya aid olan (b a x fotoqrafiya 1-ci mənada). Fotoqrafik kamera. Fotoqrafiya vasitəsilə alınan, fotoaparatla çəkilən. Fotoqrafik reproduksiya. Fotoqrafik şəkil. - Ay onu əhatə edən ulduzlar fonunda...
|
FOTOQRAFİYA (ID - 14326)[yun. phos - işıq və grapho - yazıram] 1. Xüsusi optik cihazlar vasitəsilə işıq şüalarının köməyilə işığahəssas materiallar üzərində şəkilalma üsulu. Rentgen şüaları fotoqrafiyada və bəzi xəstəliklərin diaqnostikasında...
|
FOTOQRAFLIQ (ID - 14327)is. Fotoqrafın işi, sənəti, peşəsi. [Gənc:] Mənimki fotoqraflıqdır, vəssalam... S.Vəliyev.
|
FOTOQRAVURA (ID - 14328)[yun.] Fotokimyəvi üsulla işlənmiş metal plastinkadan üzü çıxarılmaqla alınan şəklin və ya fotoşəklin surəti. Fotoqravüra maşını.
|
FOTOLABORATORİYA (ID - 14329)[yun. phos və lat. laborare] Foto ilə çəkilən şəkillərin sonradan işlənməsi üçün laboratoriya. Səyyar fotolaboratoriyalar.
|
FOTOLAMPA (ID - 14330)[yun. phos və fr. lampe] Fotoqrafiyada işlədilən qırmızı lampa.
|
FOTOLİTOQRAFIK (ID - 14331)sif. [yun.] Fotolitoqrafiyaya aid olan. Fotolitoqrafik çap üsulu.
|
FOTOLİTOQRAFİYA (ID - 14332)[yun.] mətb. Fotoqrafiya tətbiq olunan litoqrafiya. Fotolitoqrafiya üsulları.
|
FOTOLİZ (ID - 14333)[yun.] fiz. kim. Maye, bərk və ya qazvari maddələrin işığın təsiri altında parçalanması.
|
FOTOMAGAZA (ID - 14334)[yun. phos və mağaza] Fotoqrafiya ləvazimatı satılan mağaza.
|
FOTOMATERİAL (ID - 14335)[yun. phos və lat. materialis] 1. Fotoşəkillər çəkmək üçün lazım olan materiallardan hər hansı biri. Fotomaterial satışı.
2. Hər hansı məqsəd üçün istifadə olunan fotoşəkillər. Sərgi üçün fotomaterial. |
FOTOMEXANİKA (ID - 14336)[yun.] mətb. Reproduksiya üsullarının məcmusu (bu üsulda rəssamın, litoqraf fəhlənin əllə gördüyü işin çoxunu fotoqrafik və kimyəvi proseslər əvəz edir).
|
FOTOMEXANİKI (ID - 14337) sif. [yun.] Fotomexanika ilə əlaqədar olan, fotomexanikaya aid olan. Fotomexaniki proseslər.
|
FOTOMETR (ID - 14338) |
FOTOMETRIK (ID - 14339) sif. [yunancadan] Fotometriyaya aid olan, fotometriya ilə əlaqədar olan. Fotometrik üsul. Fotometrik tədqiqat.
|
FOTOMETRİYA (ID - 14340)[yun.] Optikanın, işığın gücünü, işıq mənbələrinin parlaqlığını və s.-ni ölçməklə məşğul olan sahəsi. Fotometriyanın əsas kəmiyyətləri.
|
FOTOMONTAJ (ID - 14341)[yun. phos və fr. montage] Ümumi mövzuya aid olan bir sıra fotoşəkillərin (və ya onların hissələrinin) bir şəkildə birləşdirilməsi. // Bu yolla tərtib olunmuş plakat, reklam, illüstrasiya və s. ..C.Cabbarlı adına kitabxanada A.P.Çexovun...
|
FOTOMÜXBİR (ID - 14342)is. [yun. phos və ər. müxbir] Dövri mətbuat orqanı (qəzet, jurnal və s.) üçün şəkil çəkən fotoqraf.
|
FOTOOBYEKTİV (ID - 14343)[yun. phos və lat. objectum] Fotoaparatın obyektivi.
|
FOTOREPORTAJ (ID - 14344)[yun. phos və fr. report] Fotoşəkillər vasitəsilə verilən reportaj; bu vasitə ilə reportaj vermə.
|
Bu səhifə dəfə baxılıb