İzahlı lüğət

FEYZ (ID - 13945)

is. [ər.] Nemət, bərəkət, rifah, bolluq. // İnsanın hər hansı maddi və mənəvi tələbini təmin edən, ona zövq verən, məmnunluq hissi törədən, fayda verən şey. [Məlikşah:] Səfər et, bax, nə gözəldir dünya; Çox olur feyzi...

FEYZLƏNMƏ (ID - 13946)

“Feyzlənmək” dən f.is.

FEYZLƏNMƏK (ID - 13947)

f. Feyz almaq, zövq almaq, ləzzət aparmaq. Musiqidən feyzlənmək.

FEYZLİ (ID - 13948)

sif. Feyz verən, rifah verən, nemət verən, sevinc gətirən.

FEYZYAB (ID - 13949)

[ər. feyz və fars. ...yab]: feyzyab etmək - feyzləndirmək, feyz vermək. Həmişə şəhərə qayıdanda Cənnətəli şeirləri ilə məni də feyzyab edər. Çəmənzəminli. [Məşədi Qəzənfər:] .. Dərvişlər hamısı hamama yığılıb...

FƏAL (ID - 13950)

[ər.] 1. sif. İşlək, çalışqan, işcil, fəaliyyətli, daim fəaliyyət göstərən, çox iş görən, çox işləyən. Çox fəal adamdır. - [Malik] Sona kimi bir neçə fəal gəncləri içəri apardı. M.İbrahimov. // zərf Fəaliyyətlə,...

FƏALİYYƏT (ID - 13951)

is. [ər.] 1. Hər hansı bir sahədə iş, çalışma; fəallıq göstərmə; aktivlik. Pedaqoji fəaliyyət. Ictimai fəaliyyət. - [Firidun] yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq bütün varlığını yenidən dərslərə...

FƏALİYYƏTLİ (ID - 13952)

sif. Çalışqan, işcil, fəaliyyət göstərən; aktiv. Mən [Fəxrəddin], özlərini dəyərli və fəaliyyətli idarəçi və çalışqan göstərə bilmiş Eldəniz xanədanından bir nəfərin hökmdarlığa təyin olunmasını təklif edirəm....

FƏALİYYƏTSİZ (ID - 13953)

sif. Fəaliyyət göstərməyən, çalışmayan, işləməyən; hərəkətsiz, passiv. Fəaliyyətsiz (z.) durmaq (heç bir iş görməmək).

FƏALİYYƏTSİZLİK (ID - 13954)

FƏALLAŞDIRMA (ID - 13955)

“Fəallaşdırmaq” dan f.is.

FƏALLAŞDIRMAQ (ID - 13956)

f. Fəal etmək, fəaliyyətini daha da artırmaq, daha da canlandırmaq; aktivləşdirmək. Ictimai iş şagirdləri fəallaşdırır. Müəllim yeni mövzunu yaxşı mənimsəmək və sinfi fəallaşdırmaq məqsədilə canlı müsahibə apardı.

FƏALLAŞMA (ID - 13957)

“Fəallaşmaq” dan f.is.

FƏALLAŞMAQ (ID - 13958)

f. Daha fəal olmaq, fəaliyyətini daha da artırmaq; aktivləşmək.

FƏALLIQ (ID - 13959)

is. İşcillik, çalışqanlıq, fəaliyyət, aktivlik. Fəallıq göstərmək.

FƏCİ (ID - 13960)

FƏCR (ID - 13961)

is. [ər.] 1. Səhərin çox erkən, günəş çıxmazdan əvvəlki çağı, dan vaxtı. Fəcrin saf havası dolur içəri; Kəndi seyr eləyir... Oyanır həyat. B.Vahabzadə. Fəcrin qızıl rənglərilə boyananda mavi göylər; Dünyanın hər tərəfindən...

FƏDA (ID - 13962)

is. [ər.] Ən əziz bir adam və ya yüksək amal, iş yolunda özünü qurban etmə; qurban. Pəri sənə qurban, dirili Qurban; Yolunda fədadı bu baş ilə can. “Qurbani”. Fəda etmək - canını qurban etmək. [Mirzə Rza:] Qardaşlar, bütün...

FƏDAİ (ID - 13963)

is. [ər.] Ümumi bir iş yolunda, məslək uğrunda təhlükəli işlərə qoşulub canından keçməyə hazır olan şəxs. İnqilab fədailəri. Fədai dəstəsi. - Bir il qabaq bir faciə eşitmişəm, ah! Bir qəhrəman fədaidən söhbət açım...

FƏDAKAR (ID - 13964)

sif [ər. fəda və fars. ...kar]
Ümumi bir iş və ya məslək uğrunda öz şəxsi mənafeyindən keçən, özünü qurban verməkdən çəkinməyən. Fədakar gənclər. Fədakar əsgər. - Vətən uğrunda gərək şəxs fədakar olsun. A.Səhhət....

FƏDAKARANƏ (ID - 13965)

[ər. fəda və fars. karanə] b a x fədakarcasına. Bəzən Sarının çox fədakaranə çalışmağı və süfrə salması [Dəmirovu] təmin etmirdi.. S.Rəhimov.

FƏDAKARCASINA (ID - 13966)

zərf Özünü fəda edərək; fədakarlıqla, fədakarlıq göstərərək. Fədakarcasına işləmək.

FƏDAKARLIQ (ID - 13967)

1. is. Öz şəxsi mənafeyini ümumi işə və ya başqalarının işinə fəda etmə, həsr etmə, bu uğurda fədakarcasına çalışma, səy göstərmə. [Şiraslan da] atası kimi Vətən qarşısında bir iş görmək, öz fədakarlığı ilə adamlara...

FƏĞAN (ID - 13968)

is. [fars.] Nalə, fəryad, inləmə. [Abbas:] Gecə-gündüz qan ağlaram; Artıbdı fəğanım mənim! “Abbas və Gülgəz”. Fəğan etmək - fəryad qoparmaq, nalə etmək, inləmək, ağlamaq, göz yaşı tökmək. Gecə-gündüz ahü fəğan...

FƏHLƏ (ID - 13969)

is. [ər.] İstehsalatda bir peşə kimi əməklə məşğul olan, işçi sinfınə mənsub əməkçi; əmələ. Fəhlə və kəndli təbəqəsi. // Öz iş qüvvəsini satmaqla yaşamağa məcbur olan muzdlu işçi; proletar. Fələ, özünü sən də...

FƏHLƏBAŞI (ID - 13970)

is. Baş fəhlə, fəhlələrin başçısı.

FƏHLƏLİK (ID - 13971)

is. Fəhlənin işi, peşəsi; əmələlik. Fəhləlik etmək. Yazıçı ədəbiyyata fəhləlikdən gəlmişdir. - Aslan da hər gün öz fəhləliyində olub Fərhadın işindən xəbəri yox idi. C.Cabbarlı.

FƏHM (ID - 13972)

is. [ər.] Anlama, anlaq, dərrakə. Olmasın fəhmin, əqlin, idrakın; Var nə qəm ta ki vardır əmlakın. M.Ə.Sabir. □ Fəhm etmək - anlamaq, başa düşmək, dərk etmək. Ariflər, fəhm eləyin; Süzüb gedən yarə baxın! Aşıq Ələsgər....

FƏHMLİ (ID - 13973)

sif. Anlaqlı, idraklı, dərrakəli. Fəhmli adam. - [Ərknaz:] Ramiz çox qeyrətli, fərasətli uşaqdır. Çox qanacaqlı, mərifətli, fəhmli, qabiliyyətli uşaqdır. Mir Cəlal.

FƏHMSİZ (ID - 13974)

sif. Anlaqsız, idraksız. Fəhmsiz oğlan.

FƏXR (ID - 13975)

[ər.] 1. is. İftixar ediləcək, öyünüləcək şəxs, şey. Övlad atanın fəxridir. Doğma Vətənin fəxri. - [1-ci cəngavər:] Səyavuş bu yurdun fəxri, şanıdır. H.Cavid. Kazımın .. üzündə bir fəxr duyğusu ifadə olunurdu. Çəmənzəminli....

FƏXRİ (ID - 13976)

sif. [ər.] 1. Hər hansı xidmətə, nailiyyətə görə ehtiram, iftixar əlaməti olaraq verilən. Fəxri adlar. - Adilin fəxri fərmanı ilə yanaşı Gözəlin aldığı fərman da görünürdü. Ə.Vəliyev. // Hörmət, ehtiram əlaməti olaraq...

FƏXRİYYƏ (ID - 13977)

is. [ər.] ədəb. Orta əsrlərdə Şərq (o cümlədən Azərbaycan) ədəbiyyatında: məsnəvi, qəzəl və s. formalarda şairin öz fəzilətlərindən, yaxşı sifətlərindən, xüsusən hünər və səxavətindən mədh şəklində bəhs edən...

FƏQƏRƏ (ID - 13978)

is. [ər.] 1. anat. Fəqərə sütununun bir hissəsini təşkil edən ayrıca sümük (və ya bəzi heyvanlarda qığırdaq); onurğa sümüyü. İnsanın döş fəqərəsi. Qısa sümüklər onurğada olur və fəqərələr adlanır. □ Fəqərə sümüyü...

FƏQƏT (ID - 13979)

bağl. [ər.] Lakin, amma. Söz verdi, fəqət gəlmədi. Xəbəri var, fəqət demək istəmir. - [Zaqs müdiri:] Adam evdə, dedi, - əsəbiləşə bilər, bəlkə dalaşar da, fəqət dörd-beş illik bir ailə həyatını pozmaz. S.Hüseyn. Gənclərin...

FƏQİR (ID - 13980)

[ər.] klas. bax fağır. [Kərbəlayı Məhəmməd:] Hər nə oldu, biz kasıba, biz fəqirlərə oldu. Çəmənzəminli. [Şahidlər] Xeyransanın təmiz və fəqir bir qadın olduğunu söylədilər. S.Hüseyn.

FƏQİRANƏ (ID - 13981)

[ər. fəqir və fars. ...anə]
zərf klas. Fağır kimi, yazıqcasına, acizcəsinə, yazıq-yazıq, fağır-fağır. Fəqiranə baxmaq. Fəqiranə yalvarmaq.
2. sif. Kasıb, yoxsul, miskin. Fəqiranə bir mənzil. Fəqiranə həyat. - Baxmasız...

FƏQİRLİK (ID - 13982)

klas. bax fağırlıq. Yetimliyi halətindən bəllidir; Fəqirliyi zillətindən bəllidir. A.Səhhət. O zaman fəqirlik [Ağabalaya] əsər edib başı xəyalat ilə dolardı. Çəmənzəminli.

FƏLAKƏT (ID - 13983)

is. [ər.] Böyük bəla, müsibət, afət, bədbəxtlik. Müharibənin törətdiyi fəlakətlər. - [Nüşabə:] Bir qığılcım böyüyüb yanğın olar; Bir xəta qanlı fəlakət doğurar. Şaiq. [Qəmər Gülsabaha:] Sən mənim fəlakətimə gülürsən?...

FƏLAKƏTLİ (ID - 13984)

sif. Fəlakət törədən, bədbəxtliyə səbəb olan, müsibət gətirən. Fəlakətli müharibə illəri. Fəlakətli daşqın. [5-ci tamaşaçı:] Ən fəlakətli böyükyanğınlar; Bir qığılcımlı xətadan başlar. H.Cavid. Deyirlər ki, fəlakətli...

FƏLAKƏTZƏDƏ (ID - 13985)

sif. və is. [ər. fəlakət və fars. ...zədə] Fəlakətə düçar olmuş, qəzaya uğramış; müsibətzədə, bədbəxt. Kiçik daxmada üç nəfər fəlakətzədə xəyalat içində huşa gedib bir-birinə sarılmışdı. C.Cabbarlı. Həmin fəlakətzədə...

FƏLƏK (ID - 13986)

is. [ər.] 1. Göy, səma, asiman. Dün gecə fələkə çıxdı fəryadım. M.P.Vaqif. Hərlənib dövr edən yerlər, fələklər; Bu səsi hər zaman eşidəcəklər. M.Rahim.
məc. Tale, qismət, bəxt, uğur. Fələk ayırdı məni cövr ilə...

FƏLSƏFƏ (ID - 13987)

is. [ər.; yun. phileo - sevirəm və sophio - müdriklik, müdrikliyi sevmək]
Təbiətin, cəmiyyətin və insan təfəkkürünün ən ümumi inkişaf qanunları haqqında elm. Antik fəlsəfə. Fəlsəfə tarixi. Orta əsrlər Azərbaycan fəlsəfəsi....

FƏLSƏFİ (ID - 13988)

sif. [yun.] 1. Fəlsəfəyə aid olan, fəlsəfə ilə əlaqədar olan (bax fəlsəfə 1 -ci mənada). Fəlsəfi traktat. Fəlsəfi kateqoriyalar. Fəlsəfi fikir.
kit. Dərin bir ideyanı, dünyagörüşünü, konsepsiyanı ifadə edən; hikmətamiz,...

FƏNA1 (ID - 13989)

is. [ər.] Pis, yaman. Əhvalı fənadır. Fəna xasiyyət. - Gördü fiənadır işinin axırı; Qaçdı o saət ayı ordan geri. A.Səhhət. [Məcid] Səmədin fəna hərəkətlərindən bir neçəsini göstərib, bunun qarşısını almağı təklifedirdi....

FƏNA2 (ID - 13990)

is. [ər.] Yox olma, zaval. □ Fəna etmək, fənaya vermək - yox etmək, məhv etmək, bada vermək. [Şəfiqə:] Bunlar, qorxuram, axırda bizi fənaya verə. İ.Musabəyov. Çoxdur ümid hələ çıxmamış cana; Cavan ömrünüzü etməyin fəna....

FƏNALAŞMA (ID - 13991)

“Fənalaşmaq” danf.is.

FƏNALAŞMAQ (ID - 13992)

f. Pisləşmək, xarablaşmaq. Getdikcə bu məhəllənin halı fənalaşdı. N.Nərimanov. [Zəhra Əzraya:] Bax, fənalaşdı büsbütün halım. H.Cavid.

FƏNALIQ (ID - 13993)

is. Pislik, yamanlıq. [Cahangir:] Ana, bu adamlardan hər bir fənalıq baş verər, məni öldürə bilərlər, sənin namusuna sataşarlar. Çəmənzəminli. [Şahin] səbəbsiz təhqir olunduğu üçün iztirab çəkir, səhhətində də birfənalıq...

FƏND (ID - 13994)

is. [fars.] 1. Hiylə, kələk, fırıldaq, dolab, qurğu, biclik. Fənd fəndi kəsər, Allah hər ikisini. (Ata. sözü). Dostdan dosta bu nə fənddi? Zülfiün boynuma kəmənddi. Aşıq Ələsgər. Əllafın fəndinə adamlar mat qaldılar. Mir Cəlal....

Bu səhifə dəfə baxılıb

not_found
......