FƏXR[ər.] 1. is. İftixar ediləcək, öyünüləcək şəxs, şey. Övlad atanın fəxridir. Doğma Vətənin fəxri. - [1-ci cəngavər:] Səyavuş bu yurdun fəxri, şanıdır. H.Cavid. Kazımın .. üzündə bir fəxr duyğusu ifadə olunurdu. Çəmənzəminli. □ Fəxr etmək - iftixar etmək, öyünmək. Dünyaya səs salan şöhrətimizlə; Sevindik, fəxr etdik, lovğalanmadıq. S.Rüstəm. [Qafar] öz vətəni, öz paytaxtı, öz xalqı .. ilə fəxr edir... Ə.Sadıq. Fəxrlə şəklində zərf - iftixarla, fəxr edərək. Fəxrlə cavab vermək. Fəxrlə irəli çıxmaq.
Paylaşın - Hamı bilsin
|