İzahlı lüğət

FİRƏNG (ID - 14195)

FİRƏNGTOYUĞU (ID - 14196)

is. zool. Toyuq fəsiləsinə mənsub quş.

FİRƏNGÜZÜMÜ (ID - 14197)

is. bot. 1. Tikanlı giləmeyvəli kol.
2. Həmin kolun göy rəngli turşaşirin meyvəsi. Firəngüzümü mürəbbəsi.

FİRƏNGCƏ (ID - 14198)

sif. və zərf Fransızca, fransız dilində. Modabaz və meşşan qadınlardan bəhs edən ədib deyir ki, əlbəttə, belə anaların tərbiyə etdiyi uşaqlar tans öyrənəcəklər, firəngcə donquldanacaqlar. M.Arif.

FİRQƏ (ID - 14199)

is. [ər.] köhn. 1. Bax partiya 1ci mənada. Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. İ.Şıxlı. Nədir bu partiya? Mən anlamıram; Firqə, dar çərçivə, firqə bir...

FİRQƏÇİ (ID - 14200)

is. köhn. Firqə üzvü; firqəli, partiyaçı. [Eldar:] Firqəçi olduğu üçün mənim narazılığımdan çəkinir.. S.Hüseyn. [Çiçək:] Kənddə cəmi iki-üç firqəçi vardı. B.Bayramov.

FİRQƏLİ (ID - 14201)

köhn. b a x firqəçi.

FİRQƏT (ID - 14202)

is. [ər.] Ayrılıq, fəraq. Yoxumdu tabü təvan firqətə, cavan, getmə! X.Natəvan. Mehriban aşığım, hara gedirsən? Sənin bu fırqətin kədərlidir çox. M.Müşfiq.

FİRMA (ID - 14203)

[ital.] Rəsmi hüquqa malik olub, markası ilə mal satılan və ya məmulat buraxılan ticarət və ya sənaye müəssisəsi. Ticarət firması. Avtomobil firması. - İldən-ilə qüvvətlənən nəhəng firmaların yanında [Əzimbəyov qardaşlarının...

FİRNİ (ID - 14204)

is. Düyü unu və şəkərdən hazırlanan desert yeməyi. Axşam azanı deyilən kimi, mömin müsəlman bilmir ki, nəyə əl uzatsın, çaymı içsin, firnimi yesin, halvadanmı dadsın. C.Məmmədquluzadə. Orucluq ayının özünəməxsus süfrəsi...

FİRON (ID - 14205)

is. [ər.] 1. Qədim Misir padşahlarına verilən ad. [Şeyda:] Fironu qəhr edən
Musa bir çobandan başqa bir şey deyildi. H.Cavid.
2. məc. Çox məğrur, kibrli, zülmkar adam haqqında. Fironun biridir. // məc. Qudurğan, harın. Firon...

FİRONLUQ (ID - 14206)

is. Qudurğanlıq, kibrlilik, lovğalıq; azğınlıq, zülmkarlıq. □ Fironluq etmək (eləmək) - qudurğanlıq etmək, azğınlıq etmək, zülm etmək. [Cabbar:] Ramazan, daha durmaq yeri deyil, bu zalımı gərək cəzasına çatdıraq, bu qədər...

FİRUZƏ (ID - 14207)

is. [fars.] 1. Göy rəngli qiymətli daş. Firuzə yataqları. - Sarı dağın ətəyindəki yaşıl meşə altun üzərinə nəsb olunmuş firuzəni andırırdı. Çəmənzəminli. // Həmin daşdan qaşı olan. Firuzə qaşlı üzük.
Göy, mavi....

FİRUZƏYİ (ID - 14208)

sif. [fars.] Firuzə rəngində olan; göy, mavi. Firuzəyi rəng. Firuzəyi kaşı.

FİSİNCAN (ID - 14209)

is. Xırda küftələrlə döyülmüş qoz ləpəsi, abqora (və ya nar şirəsi), yağsoğan ilə bişirilən plov xuruşu. Fisincan bişirmək. Plovun qarası fisincandır. - Qoz ləpəsi, yağlı fisincanı gör; Süfrəyə bax, neməti-əlvanı gör....

FİSİNCANPLOV (ID - 14210)

is. Xuruşu fisincandan ibarət olan plov. [Xortdan:] Mirzə durub, gedib qapını açıb, oradan bir məcməyifisincanplov gətirib qoydu ortalığa. Ə.Haqverdiyev.

FİSQ (ID - 14211)

is. [ər.] klas. Pis işlər, günah işlər; əxlaqa zidd iş; yavalıq, pislik. Müridlərdə bütün bidəti, cinayəti, fısqi; Yalan hədisləri rövzəxanda görməli imiş. M.Ə.Sabir.

FİSQARMONİYA (ID - 14212)

[alm.] Orqan kimi səslənən klavişli (dilli) nəfəslə çalınan musiqi aləti.

FİŞƏNG (ID - 14213)

is. 1. Alışarkən havada yüksəkliklərə qalxan, şənliklərdə, atəşfəşanlıqda, habelə siqnal verməkdə və hərbi işdə tətbiq edilən partlayıcı maddə, mərmi. Qırmızı fişəng. - Bu halda sərayi-şahidən göyə bir fişəng buraxdılar....

FİT (ID - 14214)

is. 1. Bir-birinə kiplənmiş dodaqların və ya dişlərin arasından güclü nəfəsvermə, yaxud fıştırıq və s. vasitəsilə çıxarılan kəskin zil səs. Gecə yarıdan addamışdı. Vədə olunmuş fit səsi Gülsümün qulağına gəldi....

FİTƏ (ID - 14215)

is. [ər.] Hamamda çimərkən və ya bir iş görərkən belə bağlanılan qumaş parça (əsasən qırmızı rəngdə olur). Camadar ustaya yanaşıb, onun quru fitəsini bucaqda dəyişib ona köhnə və yaş bir fitə verdi. Çəmənzəminli. [Bir...

FİTİL (ID - 14216)

is. 1. Bax piltə 1-ci mənada.
Lampa fitili. - Arvad istər-istəməz maşınkaya sarı getdi. Fitilini düzəldib aşağı çəkdi. S.Rəhman. Tavandan asılmış çırağın fitilini qaldıran olmadığından, otaq güclə işıqlanırdı. İ.Şıxlı....

FİTİLLƏMƏ (ID - 14217)

“Fitilləmək” dən f.is.

FİTİLLƏMƏK (ID - 14218)

f 1. Partlayıcı şeylərin fıtilini alışdırmaq.
2. məc. Qızışdırmaq, alışdırmaq.

FİTİLLİ (ID - 14219)

sif Fitili olan, fitil keçirilmiş. Fitilli lampa. // Fitillə alışdırılan. Fitilli mina.

FİTLƏMƏ (ID - 14220)

“Fitləmək” dən f.is.

FİTLƏMƏK (ID - 14221)

f 1. Fit çalmaq, fit vermək; fitlə bildirmək, ya çağırmaq. Qoyunları aparmaq üçün fitləmək. - [Beyrək] ..ətirlipayız ot və çiçəklərindən qırpan boz atı fitləyib çağırdı. M.Rzaquluzadə.
Bax fitə basmaq (“fit”də)....

FİTNƏ (ID - 14222)

is. [ər.] 1. Qarışıqlıq, ara pozma, ara qarışdırma; adamları, camaatı və s. birbirilə vuruşdurmaq, aralarını pozmaq üçün gizlicə hazırlanan qəsd, xəyanət, fitnəfəsad; provokasiya. Sən ömründə fitnə toru qurmamısan; Min insanla...

FİTNƏÇİ (ID - 14223)

is. və sif. Fitnə törədən, araqarışdıran, fitnə-fəsad salan, adamları birbirilə vuruşduran, onların arasına təfriqə salan; provokator. // Məc. mənada. [Böyükxanım] başı üstündən aynanı götürüb, fitnəçi gözlərini aynaya...

FİTNƏ-FƏSAD (ID - 14224)

FİTNƏKAR (ID - 14225)

is. [ər. fitnə və fars. ...kar] bax fitnəçi. Fitnəkar adam. O, çox fitnəkarları ifşa etmişdi. - Hüsaməddinin fikirləri bir daha bu fitnəkar qadının [Qətibənin] gəncliyinə qayıtdı. M.S.Ordubadi. Dağ uçdu? Uçruldu? - Bilinmir bu...

FİTNƏKARLIQ (ID - 14226)

is. Fitnə törətmə, araqarışdırma, fitnə-fəsad salma; provokasiya, provokatorluq. Faşistlər yeni-yeni fırıldaqlara və fitnəkarlıqlara əl atırdılar.

FİTNƏLİ (ID - 14227)

1. Bax fitnəkar.
2. məc. sif. Fitnəyə, fəsada bais olan, fitnə salan. Həm söylə, nigar sağ, əsənmi; Ol fitnəli yar sağ, əsənmi? Xətayi. Heyvan kimi bir barədə palçıqda qalanda; Sal fitnəli söz ortalığa, hövsələtəng ol!...

FİTR (ID - 14228)

is. [ər.] Orucdan çıxma, qurtarma, orucu sona vurma.

FİTRƏ (ID - 14229)

is. [ər.] din. İslamiyyətdə ailə üzvlərinin sayına görə orucluq ayında yoxsullara, yetimlərə verilməli olan sədəqə. [Odabaşı:] Camaatın .. zəkatı və fitrəsi ağanın mübarək əlilə paylanardı. Ə.Haqverdiyev.

FİTRƏT (ID - 14230)

is. [ər.] 1. Yaradılış, xilqət, təbiət. Bir rəngdə deyildir insan fitrəti; Quzuykən qəflətən o dönür şirə. B.Vahabzadə.
Xasiyyət, təbiət. Fitrəti belədir. Fitrətində olmaq. - [Çopo Ceynizə:] Deməli, başqa-başqa fitrətə...

FİTRƏ-ZƏKAT (ID - 14231)

top. [ər.] Fitrə və zəkat. Sonra bu həyətin seyidləri bir müddət də fitrə-zəkatla dolandılar. H.Seyidbəyli.

FİTRİ (ID - 14232)

sif. [ər.] Xilqətində, təbiətində, yaradılışında olan; anadangəlmə. Fitri bacarıq. Gənc xanəndənin parlaq fərdi yaradıcılıq üslubu, onun gözəl fitri qabiliyyəti hamının diqqətini cəlb etmişdi. - [Əlyarovun] fitri istedadını...

FİTVA (ID - 14233)

is. [ər.] 1. din. Bir işi icra etmək üçün din başçısı və ya hökmdar tərəfindən verilən icazə, hökm. □ Fitva almaq - bir işi icra etmək üçün din başçısının, ya hökmdarın icazəsini almaq. [Padşah:] Üləmanı cəm elə...

FİZİK (ID - 14234)

FİZİKA (ID - 14235)

[lat. physike - təbiət] Təbiət hadisələrinin ümumi qanunauyğunluqlarını, materiyanın (maddə və sahənin) hərəkət qanunlarını, ümumi xassələrini və quruluşunu öyrənən elm. Fizikanın əsas prinsipi. Fizikada mexanikanın tam hökmranlığı...

FİZİKİ (ID - 14236)

sif 1. Fizikaya aid olan. Fiziki nəzəriyyə. Fiziki elmlərin müasir vəziyyəti. Fizikanın məşğul olduğu hadisələr sahəsinə aid olan. Torpağın fiziki xassələri. Fiziki proseslər. Əsas fondların fiziki aşınması. İnsan orqanizminə...

FİZİOKRAT (ID - 14237)

[yun. physia - təbiət və kratos - hakimiyyət] Torpaq və əkinçiliyin sərvətin yeganə mənbəyi, əkinçilik əməyinin isə yeganə istehsaledici əmək olduğunu iddia edən XVIII əsr burjua siyasi iqtisadi nəzəriyyəsi tərəfdarlarına...

FİZİOLOGİYA (ID - 14238)

[yun. physia - təbiət və logos - elm] 1. Canlı orqanizmin və onun hissələrinin həyati vəzifələri və fəaliyyəti haqqında elm. Bitkilərin fiziologiyası. Müqayisəli fiziologiya. Fiziologiya biologiyanın ən mühüm bölmələrindəndir....

FİZİOLOJİ (ID - 14239)

sif 1. Fiziologiyaya aid olan. Fizioloji tədqiqat üsulları. Fizioloji məsələlər.
Cismani, şəhvani. Fizioloji hisslər.
Canlı orqanizmləri öyrənən bir sıra fənlərin adlarının tərkibində işlənir. Fizioloji akustika. Fizioloji...

FİZİOLOQ (ID - 14240)

[yun. physia - təbiət və logos elm] Fiziologiya mütəxəssisi.

FİZİOTERAPEVT (ID - 14241)

[yun. physia və therapentes] Fizioterapiya mütəxəssisi olan həkim.

FİZİOTERAPEVTİK (ID - 14242)

sif. Fizioterapiyaya aid olan, fizioterapiya ilə əlaqədar olan. Fizioterapevtik müalicə. Fizioterapevtik amillərin təsiri olduqca çoxsahəlidir.

FİZİOTERAPIYA (ID - 14243)

[lat. physia - təbiət və therapentes - müalicə] Fiziki, təbii vasitələr (işıq, elektrik və s.) ilə müalicə. Fizioterapiya və kurortologiyanın inkişafı.

FLAKON (ID - 14244)

is.[fr.] Ətir şüşəsi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed