İzahlı lüğət

FİŞƏNG

is. 1. Alışarkən havada yüksəkliklərə qalxan, şənliklərdə, atəşfəşanlıqda, habelə siqnal verməkdə və hərbi işdə tətbiq edilən partlayıcı maddə, mərmi. Qırmızı fişəng. - Bu halda sərayi-şahidən göyə bir fişəng buraxdılar. M.F.Axundzadə. Rəngarəng fişənglər hər tərəfi çıraqbana döndərmişdi. M.Hüseyn.
2. köhn. Patron. Tüfəngə fişəng qoymaq. Boyunlarda yeksər qəşari-fişəng; Revolverlər əldə, həmayil tüfəng. M.Ə.Sabir. Uzunboylu, sarıbənizli, alagözlü tağım komandanı tağımı fişənglə təchiz edirdi. H.Nəzərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

FIR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed