
FİTRƏTis. [ər.] 1. Yaradılış, xilqət, təbiət. Bir rəngdə deyildir insan fitrəti; Quzuykən qəflətən o dönür şirə. B.Vahabzadə.
Xasiyyət, təbiət. Fitrəti belədir. Fitrətində olmaq. - [Çopo Ceynizə:] Deməli, başqa-başqa fitrətə malik olduğumuzdan bir-birimizi anlaya bilməyəcəyik. Çəmənzəminli. “Nəzakət”, “sakitlik”, “mədənilik” naminə nöqsanların üstünü vurmamaq bizim .. fitrətimizə ziddir. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|