İzahlı lüğət

FOTOREPORTYOR (ID - 14345)

[yun. phos və fr. reporter] Fotoreportajla məşğul olan fotoqraf.

FOTOSEVƏR (ID - 14346)

is. Həvəskar fotoqraf, həvəskar kimi fotoqrafiya ilə məşğul olan adam. Fotosevərlərin sərgisi. Fotosevərlərin seminarı.

FOTOSƏRGİ (ID - 14347)

is. Fotoşəkillərdən ibarət sərgi. Qələbə gününə həsr edilmiş fotosərgi. Fotosərgiyə tamaşa etmək.

FOTOSİNKOQRAFİYA (ID - 14348)

[yun. phos, alm. zink və yun. grapho] mətb. Çap üçün sink klişelər hazırlamağın fotomexaniki üsulu.

FOTOSURƏT (ID - 14349)

[yun. phos və ər. surət] Sənədin, əlyazmasının və s.-nin fotoqrafiya üsulu ilə çıxarılmış surəti, üzü, nüsxəsi. Əlyazmanın fotosurəti.

FOTOŞƏKİL (ID - 14350)

[yun. phos və ər. şəkl] Foto ilə çəkilmiş şəkil; fotoqrafiya, şəkil. Fotoşəkillər üzrə müsabiqə. - Divara Qulunun .. fotoşəkilləri vurulmuşdu. İ.Əfəndiyev.

FOTOTEKA (ID - 14351)

[yun.] Fotoşəkillərin və ya fotoqrafiya neqativlərinin toplanılıb saxlandığı yer, arxiv.

FOTOTELEQRAF (ID - 14352)

[yun.] Hərəkətsiz təsvirləri (şəkil, əlyazması, fotoşəkil və s.) teleqraf və ya radio vasitəsilə uzaq məsafəyə vermək üçün aparat. Rabitə salonunda yeni fototeleqrafi cihazı qoyulmuşdur. (Qəzetlərdən).

FOTOTELEQRAM (ID - 14353)

[yun.] Fototeleqraf vasitəsilə verilən teleqram.

FOTOTERAPIYA (ID - 14354)

[yun. ] Günəşdən və ya süni mənbələrdən alınan işıq şüalarının müalicə məqsədilə tətbiq olunması; işıqla müalicə. Şişlərdə, qanaxmalarda, ürəkdamar çatışmazlığında, böyrək xəstəliklərində fototerapiyadan istifadə...

FOYE (ID - 14355)

[fr.] Teatr, kino və s.-də tamaşaçıların fasilələrdə tamaşanın başlanmasını dayanıb gözləməsi üçün xüsusi yer. Foyedə gəzişmək. □ Artist foyesi - fasilələrdə artistlərin dincəlməsi üçün xüsusi yer, otaq (teatrda və...

FÖHŞ (ID - 14356)

is. [ər.] klas. Nalayiq söz, söyüş; ədəbə, tərbiyəyə və əxlaqa müğayir hərəkət, iş, əməl; əxlaqsızlıq. Sarıköynəyin əri əsəbi bir halda föhş və söyüşlə mənim mənzilimə gəldi. S.Hüseyn. □ Föhş vermək söymək,...

FÖHŞİYYAT (ID - 14357)

[ər. “föhş” söz. cəmi] Ədəbə, tərbiyəyə və əxlaqa müğayir iş, əməl, hərəkət; əxlaqsızlıq. // Əxlaqsız və ədəbsiz səhnələri təsvir edən ədəbi əsərlər və ya şəkillər.

FÖVC (ID - 14358)

is. [ər.] köhn. Camaat, kütlə, dəstə.

FÖVQ (ID - 14359)

FÖVQƏLADƏ (ID - 14360)

sif. [ər.] 1. Qeyri-adi, adətdənxaric, görünməmiş, eşidilməmiş. Hamam səfəri kimi fövqəladə hadisələr tez-tez ittifaq düşməzdi, həftədə bir dəfə olardı. Çəmənzəminli. [Səriyyə:] Mən fövqəladə bir iş görən adamlar...

FÖVQƏLADƏLİK (ID - 14361)

is. Fövqəladə şeyin halı; qeyri-adilik, müstəsnalıq. [Komandir:] Buna görə də mən vəziyyətin fövqəladəliyini elan edir, buna qarşı hazırlanmağı təklif edirəm. S.Hüseyn. [Səriyyə:] Tutaq ki, həyatda, doğrudan da, belə bir...

FÖVQƏLBƏŞƏR (ID - 14362)

is. [ər.] Qeyri-adi əxlaqı, zehni, zəkası, təbiəti etibarilə adi insanlardan fərqlənən adam. [Dərviş Şeyx Sənana:] Əgər fövqəlbəşər olmaq dilərsən; Kənar ol daima cinsi-bəşərdən! H.Cavid. // Güclü iradəyə malik olub, özünü...

FÖVQƏLBƏŞƏRİ (ID - 14363)

sif. [ər.] Adi insan imkanlarını ötüb keçən; qeyri-adi. Fövqəlbəşəri mətanət.

FÖVQƏLTƏBİİ (ID - 14364)

sif. [ər.] 1. Mistik təsəvvürə görə: təbii yolla izah oluna bilməyən, təbiətin qanunlarına tabe olmayan; əcaib. Fövqəltəbii hadisə. Fövqəltəbii qüvvələrin varlığına inam.
2. məc. Adi əndazədən xaric; qeyri-adi, qəribə,...

FÖVQƏLTƏBİİLİK (ID - 14365)

is. Fövqəltəbii şeyin halı; qeyri-adilik.

FÖVRƏN (ID - 14366)

zərf [ər.] Dərhal, həmin saat, əlüstü, tez. Tülkü fövrən havada qapdı, yedi; Qarğaya tənə ilə böylə dedi. M.Ə.Sabir. Hacının halı fövrən dəyişdi. Ə.Haqverdiyev.

FÖVT (ID - 14367)

is. [ər.] 1. Əldən çıxma, əldən çıxarma, əldən qaçırma. Fürsəti fövt etmək (fürsəti əldən qaçırmaq).
2. Ölmə, ölüm. Kim, fövti-rəqib eşitsə aşiq; Gülmək gərək, ağlamaq nə layiq? Füzuli. Fövt olmaq - ölmək,...

FRAK (ID - 14368)

is. [fr.] Qabaq ətəkləri kəsik, dal tərəfdən isə uzun dar ətəkləri olan kişi kostyumu - sürtük növü (adətən təntənəli hallarda, rəsmi qəbullarda və s.-də geyilir).

FRAKLI (ID - 14369)

sif. Əynində frak olan, frak geymiş. Fraklı dirijor.

FRAKSİYA1 (ID - 14370)

[fr. fractio - hissə] 1. Parlamentdə, siyasi partiyada, ictimai təşkilatda və s.-də hər hansı partiya üzvlərindən ibarət mütəşəkkil qrup. [Ceyran:] Rəyasət heyəti üzvüyəm. Fraksiya iclasına gedirəm. S.Hüseyn.
2. Siyasi partiyada:...

FRAKSİYA2 (ID - 14371)

[fr. fraction - pay, hissə] kim. Distillə edilən maye qatışığının ayrıldığı hissəciklər. Neftin fraksiyası.

FRAKSİYAÇI (ID - 14372)

is. 1. Hər hansı təşkilata ikitirəlik salan, onda fraksiya əmələ gəlməsinə səbəb olan adam (bax fraksiya1

FRAKSİYAÇILIQ (ID - 14373)

is. Fraksiya ilə məşğul olma, fraksiya düzəltmə, fraksiya fəaliyyəti və ideologiyası (bax fraksiya1

FRAQMENT (ID - 14374)

[lat. fragmentum - sınıq, qırıq, parça] Qırıq, parça (məs.: hər hansı incəsənət - rəssamlıq, memarlıq, heykəltəraşlıq və s. əsərlərinin salamat qalmış hissəsi, parçası). Baletdən fraqmentlər. Binanın fraqmenti. Rəsmin...

FRANK (ID - 14375)

is.[fr.] Fransada pul vahidi.

FRANSIZ (ID - 14376)

is. Fransanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Fransız qoşunları bir sıra parlaq qələbələr qazandılar.

FRANSIZCA (ID - 14377)

zərf və sif. Fransız dilində. Fransızca danışmaq. Fransızca-azərbaycanca lüğət.

FRAZA (ID - 14378)

[yun. phrasis - ifadə] 1. mus. Musiqi mövzusunun hər hansı kiçik və nisbətən tam hissəsi. Fraza, adətən iki motivdən ibarət olur.
2. dilç. Cümlə, ifadə, ibarə. Motivlərə bölünməyən bütöv frazalar da var.

FRAZEOLOGİYA (ID - 14379)

[yun. phrasis - və logos] Hər hansı dilə xas olan sabit söz birləşmələri və ifadələrin məcmusu. Azərbaycan dilinin frazeologiyası. // Dilçiliyin, sabit söz birləşmələrini öyrənən sahəsi.

FRAZEOLOJİ (ID - 14380)

sif. [yun.] Frazeologiyaya aid olan. Frazeoloji ifadələr. Frazeoloji lüğət.

FREQAT (ID - 14381)

[fr.] Əvvəllər: üçdorlu yelkənli hərb gəmisi, sonralar isə gözətçi xidməti üçün çox sürətli hərb gəmisi. Atom güc qurğulu freqatlar. Freqat kapitanı.

FRENÇ (ID - 14382)

[xüs. addan] Üstdən dörd cibi və daldan kəmərciyi olan hərbi gödəkcə. Frenç geymiş zabit. - Müsafirlər frençlərini çıxarıb, yuyunmağa başladılar. Çəmənzəminli. Əynindəki yaşıl frenç, dizdən çəkmə, gümüşü papaq,...

FRENÇLİ (ID - 14383)

sif. Frenç geymiş, əynində frenç olan. Bir ucaboy, qarasaç və frençli oğlan tribunaya çıxdı. Mir Cəlal.

FRENOLOGİYA (ID - 14384)

FRENOLOQ (ID - 14385)

[yunancadan] Frenologiya mütəxəssisi.

FRESKA (ID - 14386)

[ital. fresco - təzə, qurumamış, yaş] rəss. Təzə mala üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış. Mikelancelonun freskaları. Freska divar rəsmlərinin əsas texnikasıdır.

FREYDİZM (ID - 14387)

[Avstriya həkimi və psixoloqu Freydin adından] Psixologiya və psixopatologiyada insanın bütün hərəkətlərinin başlıca amilinin yalnız qeyri-şüuri bioloji instinktlər və meyillər olduğunu iddia edən, insanların həyatında sosial...

FREZ (ID - 14388)

[fr.] 1. Metalı, ağacı və s. bərk materialları işləmək üçün fırlanan çoxtiyəli kəsici alət. Taxtanı frezdə yonmaq.
2. Torpaq qazmaq və eyni zamanda onu yumşaltmaq, torf doğramaq və s. üçün irəli çıxmış fırlanan barabanda...

FREZER (ID - 14389)

[fr.] bax frez 1-ci mənada. Frez maşını. - Bunların arasında dişaçan maşın, frezer avtomatı, yonucu dəzgah, güclü hidravlik preslər və s. vardır. (Qəzetlərdən).

FREZERÇİ (ID - 14390)

is. Frezer dəzgahında işləyən fəhlə.

FRİZ (ID - 14391)

is. [fr.] arxit. Ornamentli bəzək.

FRONTİT (ID - 14392)

is. [lat.] Alın cibinin selikli qişasının iltihabı.

FRUKTOZA (ID - 14393)

[lat. fructus - meyvə] kim. Meyvələrdə, balda, bəzi bitkilərin yarpaqlarında və s.-də olan karbon; meyvə şəkəri.

FUFAYKA (ID - 14394)

[rus.] 1. İsti, toxunma qollu və ya qolsuz köynək.
2. Sırıqlı gödəkcə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed