
FÖHŞis. [ər.] klas. Nalayiq söz, söyüş; ədəbə, tərbiyəyə və əxlaqa müğayir hərəkət, iş, əməl; əxlaqsızlıq. Sarıköynəyin əri əsəbi bir halda föhş və söyüşlə mənim mənzilimə gəldi. S.Hüseyn. □ Föhş vermək söymək, nalayiq sözlər demək, ağzına gələni demək. [M.F.Axundzadə:] Avam əvvəl sənin nəsihətini anlamayacaq, sənə əziyyət edəcək, föhş verəcək. Ə.Haqverdiyev. Zeynal bəy qorodovoyların qarasına söyləndikcə odlanıb, növbənöv föhşlər verməyə başladı. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|