İzahlı lüğət

FUK (ID - 14395)

[rus.] Dama oyununda rəqibin diqqətsizliyi üzündən oyunçunun götürdüyü dama.

FUKS (ID - 14396)

[alm.] Bilyard oyununda: şara təsadüfi olaraq vurulan müvəffəqiyyətli zərbə.

FÜQA (ID - 14397)

[ital.] mus. 1. Eyni musiqi mövzusunun bir neçə səslə ardıcıl təkrarı.
2. Belə təkrara əsaslanan musiqi əsəri.

FUQAS (ID - 14398)

[fr.] hərb. Düşmənin keçəcəyi yerdə gözlənilmədən partlamaq üçün torpaq və ya su altına qoyulan partlayıcı maddə (mina). Fuqas bombası.

FUQATO (ID - 14399)

[ital.] mus. Fuqa üslubunda işlənmiş musiqi mövzusu (fuqato adətən sonata və ya simfoniyanın bir hissəsini təşkil edir).

FUNİKULYOR (ID - 14400)

[fr.] Dik yoxuşlarda kanat dartı qüvvəsi ilə işləyən dəmir yolu. [Aqil] oraya funikulyorla qalxmağı təklifi etdikdə Gülnaz etiraz etmədi. Q.İlkin. [Üçüncü katib Firəngizə:] Bu yarğanın başından tuş İstisuya gözəl bir funikulyor...

FUNKSİONAL (ID - 14401)

[latıncadan] 1. “Funksiya” dan sif. Funksional asılılıq. Funksional münasibət.
sif. Bir şeyin quruluşundan deyil, fəaliyyətindən asılı olan. Ürək fəaliyyətinin funksional pozğunluğu (ürəkdə anatomik dəyişiklik olmadan...

FÜNKSİYA (ID - 14402)

[lat. functio - icra] 1. Vəzifə, fəaliyyət dairəsi.
riyaz. Qiyməti başqa dəyişən qiymətdən asılı və ona uyğun olan dəyişən kəmiyyət. Triqonometrik funksiya (bucağın kəmiyyətindən asılı olan kəmiyyət).
biol. Heyvan...

FURAJKA (ID - 14403)

[pol.] Qabaq tərəfində günlüyü olan baş geyimi. Əsgər furajkası. - Xalası isə öz hesabına Nəcəfə gimnazist furajkası aldırdı. Q.İlkin.

FURQON (ID - 14404)

[fr.] 1. İki (bəzən də bir) at qoşulan dördçarxlı üstüörtülü araba. Mürsəl kişinin stansiyaya göndərdiyi böyük furqon meşənin ortasındakı araba yolu ilə kəndə gəlirdi. M.Hüseyn. Furqon Ağsudan ötüb çaya yaxınlaşanda...

FURQONÇU (ID - 14405)

is. Furqon (1-ci mənada) sürən adam.

FURQONLU (ID - 14406)

sif. Furqonu (2-ci mənada) olan. Furqonlu avtomaşın.

FUT (ID - 14407)

is. [ing.] İngilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi.

FUTBOL (ID - 14408)

[ing.] Hər bir komandanın ayaq (və bəzən baş) zərbəsi ilə rəqibin qapısına mümkün qədər çox top (qol) vurmasından ibarət idman oyunu. Futbol oynamaq. Futbol stadionu. Futbol mövsümü. Müasir futbolun əsas qaydaları XIX əsrin 60-cı...

FUTBOLÇU (ID - 14409)

is. Futbol oyunçusu. Bakı futbolçuları 1912-ci ildə Tiflisdə ilk şəhərlərarası matç keçirmiş və qələbə qazanmışlar. Yavaş-yavaş Mingəçevirin öz futbolçuları, voleybolçuları yetişirdi. Ə.Sadıq.

FUTBOLKA (ID - 14410)

[ing. football və rus. ...ka] Trikotaj idman köynəyi.

FUTLYAR (ID - 14411)

[alm.] Saxlamaq və ya xarab olmaqdan, zədələnməkdən və s.-dən qorumaq üçün içinə şey qoyulan qutu və ya çexol; məhfəz, qab. Klarneti futlyara qoymaq. Saatın futlyarı.

FUTURIST (ID - 14412)

[latıncadan] 1. Futurizm tərəfdarı. Italyan futuristləri.
2. Bax futuristik. Futurist əsər.

FUTURİSTIK (ID - 14413)

sif. [latıncadan] Futurizm ideyaları ilə aşılanmış; futurizmin ədəbi üsullarından istifadə edən, futurizm səpkisində işlənmiş. Futuristik şeir. Futuristik şəkil.

FUTURİZM (ID - 14414)

[lat. futurum - gələcək] XX əsrin əvvəllərində ədəbiyyat və incəsənətdə: realizmi, eləcə də mədəni irsi və müasiri olduğu incəsənəti rədd edən, guya zəmanəyə daha uyğun gələn, köhnə sənətin bütün ənənə və üsullarını...

FÜQƏRA (ID - 14415)

[ər. “fəqir” söz. cəmi] klas. Yoxsullar, kasıblar; əhalinin yoxsul təbəqələri. Füqəranın qanını çox da sorurlar lotular; Şeyxlər xalqa satır huriyü qılman, mənə nə? M.Ə.Sabir. Ey füqəra, boş yerə ağlaşmayın; Hər kəsi...

FÜQƏRAYİ-KASİBƏ (ID - 14416)

FÜNUN (ID - 14417)

is. [ər. “fənn” söz. cəmi] klas. Fənlər, elmlər, biliklər. Onlar ki səninlədir müasir; Hər elmü fünunə oldu mahir. M.Ə.Sabir. [İrəvanda] bizim dövlət tərəfindən açılan mədrəsələrdə ülum və fünun kəsb edən müsəlman...

FÜRSƏT (ID - 14418)

is. [ər.] Bir sözü demək və ya bir işi görmək üçün əlverişli an, münasib vaxt, məqam, müvafiq hal. Bu fürsət hər vaxt ələ gəlməz. - Qanadlı bir quşdur fürsət əzəldən.. S.Vurğun. □ Fürsət aramaq (axtarmaq) - bir iş üçün...

FÜSUN (ID - 14419)

is. [fars.] klas. Sehr, əfsun. Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən; Çünki onun xilqətində ayrıca bir füsun var. M.Müşfiq.

FÜSUNKAR (ID - 14420)

FÜSUNKARLIQ (ID - 14421)

is. Valehedicilik, heyranedicilik, əfsanəvi gözəllik. Hüsnünün əsrarı, füsunkarlığı; Ana təbiəti andırır mənə. B.Vahabzadə.

FUTUHAT (ID - 14422)

is. [ər. “fəth” söz. cəmi] 1. Bax fəth.
məc. Mübarizə, çalışma, zəhmət və s. nəticəsində əldə edilmiş şeylər. ..Qazandığınız fütuhatı möhkəmləndirin və bütün Şərq üçün nümunə olun. Q.İlkin.

FUYUZAT (ID - 14423)

is. [ər.] köhn. Feyzlər.

FUZELYAJ (ID - 14424)

[fr.] Təyyarənin, bütün hissələrini bir arada birləşdirən, ekipajın, sərnişinlərin və s.-nin yerləşdiyi əsas hissəsi (gövdəsi). Bəzi uçuş aparatlarında füzelyaj qanadla birləşir.

FUZUL (ID - 14425)

is. və sif. [ər. “fəzl” söz. cəmi] Uzunçu, çoxdanışan, naqqal, artıq sözlər danışan. Füzulu saldılar cəhənnəmə. Dedi:
Odunu yaşdır. (Ata. sözü). Sən qulaq as, əzizim, olma füzul; Hər nə kim, mən desəm, sən eylə...

FUZULLUQ (ID - 14426)

is. Uzunçuluq, naqqallıq. Hacı xan sözə başlayaraq deyirdi: - Cənab axund, füzulluq olmasın, bir ərzim vardır. M.S.Ordubadi. □ Füzulluq eləmək - uzunçuluq eləmək, naqqallıq eləmək, artıq-artıq sözlər danışmaq.

FÜZUN (ID - 14427)

sif. klas. Artıq, çox. Məndə Məcnundan füzun aşiqlik istedadı var; Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var. Füzuli. Füzun olmaq - artmaq, çoxalmaq. Füzun olduqca eşqim gərm olur əşkim gözüm içrə. Füzuli. Qəmü möhnət füzun...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed