FİKİRLİLİK (ID - 14145)is. Fikirli adamın halı, fikirli olma; dalğınlıq. Gəmidən çıxaraq sahildə dayandıqları beş-on dəqiqə ərzində əsgərlərin açılan çöhrələrində nə isə bir tutqunluq, qeyrimüəyyən bir fikirlilik vardı. Ə.Əbülhəsən.
|
FİKİRSİZ (ID - 14146)sif. Heç bir fikri, dərdi, qayğısı olmayan. Fikirsiz adam. // Fikri özündə olmayan; huşsuz. // zərf mənasında. Fikirləşmədən, düşünmədən, mülahizə etmədən. Fikirsiz hərəkət etmək. - [Şərəfoğlu Rüstəmə:] Ən yaramaz...
|
FİKİRSİZLİK (ID - 14147)is. 1. Fikri özündə olmama; huşsuzluq. // Fikirsizcəsinə hərəkət, düşüncəsizlik.
2. Heç bir fikri, qayğısı, dərdi olmama. |
FİKRƏN (ID - 14148)zərf [ər.] 1. Fikirləşərək, fikirlə, fikrində, zehnində düşünərək. Fikrən bir şey düşünüb demək. - [Firidun] Şəmsiyyənin məqsədini fikrən müəyyən etməyə çalışdı. M.İbrahimov.
Beyin, zehin cəhətdən. [Surxay... |
FİKRİ (ID - 14149)sif. [ər.] Fikrə, ağla, düşüncəyə aid olan, fikir, ağıl, düşüncə ilə bağlı olan; əqli, zehni. C.Məmmədquluzadə fikri durğunluq, gerilik, cəhalət tüstüsünün xalq üçün yaratdığı qorxudan həyəcanla danışaraq əlac etməyə...
|
FİKRİAÇIQ (ID - 14150)bax açıqfikirli. Fikriaçıq adam. - [Zeynal] özünü fikriaçıq, ziyalı bir şəxs hesab edərdi. S.Hüseyn.
|
FİKSAJ (ID - 14151)[fr. fixoge - möhkəm] Aydınlaşdırıldıqdan sonra fotoplyonkanı, fotoplastinkanı (neqativi) və ya onlardan kağıza çıxarılmış surətləri yuyub sabitləşdirmək üçün kimyəvi məhlul.
|
FİKSAJLAMA (ID - 14152)“Fiksajlamaq” dan f.is. Neqativləri fiksajlama prosesi.
|
FİKSAJLAMAQ (ID - 14153)f Fotoplyonkanın surətlərini fıksajla işləmək. Plyonkanı fiksajlamaq.
|
FİKUS (ID - 14154)[lat.] bot. Tutkimilər fəsiləsindən tropik ağac və ya sarmaşıq. // Həmin cinsə daxil olan, iri ovalşəkilli yarpaqları olan bəzək bitkisi.
|
FİQÜR (ID - 14155)[lat. figura - görünüş] 1. Bir iş görərkən (rəqs edərkən, təyyarədə uçarkən və s.) birinin və ya bir şeyin aldığı vəziyyət. Rəqsin ayrı-ayrı fiqurları. - Təyyarəçi çox vaxt yüksək pilotaj fiqurları göstərməli olur...
|
FİQURIST (ID - 14156)[lat.] Mürəkkəb fiqurlar göstərən idmançı (əsasən konkisürən) (bax fiqur 1-ci mənada). Fiquristlərin yarışı.
|
FİQURLU (ID - 14157)sif 1. Kənarları, dövrəsi düzxətli olmayan, qırçın, mürəkkəb formada olan. Fiqurlu peçenye. Bəzəkli fiqurlu ayaqları olan pardaqlanmış yemək stolu. // Üzərində basma, naxış olan; naxışlı. Fiqurlu kitab cildi. Fiqurla ifa olunan...
|
FİL (ID - 14158)is. [fars.] 1. zool. Tropik meşələrdə yaşayan uzun və qüvvətli xortumlu, tüksüz, otyeyən məməli iri heyvan. Filin bir fikri var, filbanın min. (Ata. sözü).
2. Diaqonal üzrə istənilən xanaya hərəkət edən şahmat fiquru. Zəki... |
FİLAN (ID - 14159)sif [ər.] Bir adamın, bir şeyin yaxud bir yerin adını çəkmək istəmədikdə onun əvəzinə işlədilən söz. Filan adam. Filan kənd. Filan ev. - Bihudədir ol qamu fəsanə; Kim, aşiqdir filan filanə. Füzuli. Birdən eşidərdilər ki, Əbdülkərim...
|
FİLANİ (ID - 14160)is. [ər.] köhn. bax filankəs. Təkəllümə gəlib vəfalı dilbər; Soruşub: - Bəs neçin filani gəlməmiş? Q.Zakir. Qoyma külahın kəc, ay bəy, aldatma cahanı; Bəsdir, a filani! M.Ə.Sabir.
|
FİLANKƏS (ID - 14161) |
FİLANTROPİYA (ID - 14162)is. [yun.] Xeyriyyəçilik, yoxsullara kömək.
|
FİLARMONİYA (ID - 14163)[yun. phileo - sevirəm və harmonia - ahəng] Konsertlər təşkil edən və musiqi sənətini təbliğ edən cəmiyyət və ya idarə. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası 1936-cı ildə təşkil olunmuşdur.
|
FİLATELIST (ID - 14164)[yun. phileo və felos] Filatelizmlə məşğul olan adam, marka kolleksioneri. Filatelistlər cəmiyyəti. Filatelistlər klubu. Gənc filatelist.
|
FİLATELİYA, FİLATELIZM (ID - 14165) [yun. phileo
sevirəm və felos - yığım, rüsum] Kolleksiya üçün marka və poçt ödənişi nişanlarından yığıb saxlama. |
FİLBAN (ID - 14166)is. [fars.] Fillərə baxan, xidmət edən; fil gəzdirən. Xalqa göstərməyə fili filban; Küçədə gəzdirir idi hər yan. A.Səhhət.
|
FİLDEKOS (ID - 14167)[fr. fil d'Eoosse - şotland sapı] İpək sapa oxşayan saya pambıq iplik (trikotaj toxumaq üçün işlədilir). // Həmin iplikdən toxunmuş. Fildekos corab.
|
FİLDEPERS (ID - 14168)[fr. fil de Pers - fars sapı] Əla fildekos. // Həmin sapdan toxunmuş. Fildepers corab.
|
FİLİAL (ID - 14169)[lat. filialis - oğula məxsus] Hər hansı təşkilatın (idarənin, müəssisənin və s.) müəyyən dərəcədə müstəqilliyə malik şöbəsi. Institutun filialı. Muzeyin filialı. Filialın rəhbəri. - Elmlər Akademiyasının filialının...
|
FİLİZ (ID - 14170)is. Tərkibində metal və ya onun birləşmələri olan təbii xam mineral; külçə. Dəmirfilizi. Mis filizi. Dəmir, polimetal, mis və s.-nin filizləri daha geniş yayılmışdır.
|
FİLİZLİ (ID - 14171) sif. Filiz yataqları olan, filiz çıxarılan. Filizli sahələr. // Tərkibində filiz olan. Filizli qazıntılar. Filizli torpaq.
|
FİLİZSAFLAŞDIRMA (ID - 14172)is. Tərkibində filiz olan xam mineralların ilk emalı. Filizsaflaşdırma kombinatı.
|
FİLİZYUYAN (ID - 14173) sif. xüs. Filizi su ilə yuyub təmizləyən. Filizyuyan qurğu.
|
FİLM (ID - 14174) |
FİLMOSKOP (ID - 14175)[ing. fılm və yun. skopeo baxıram] Pozitiv kinoplyonkaları göstərmək üçün proyeksiya aparatı.
|
FİLMOTEKA (ID - 14176)[ing. film və yun. theke yeşik] Kinostudiyada, kitabxanada və ya kinofabrikdə kinofilmlərin yığılıb saxlandığı şöbə, arxiv. Filmotekada saxlanılan kino əsərləri elmi cəhətdən öyrənilir.
|
FİLOLOGİYA (ID - 14177)[yun. phileo - sevirəm və logos - söz] Hər hansı bir xalqın dil və ədəbiyyatını öyrənən elmlərin hamısının birlikdə adı. Azərbaycan filologiyası. Antikfilologiya. Şərq filologiyası. Antik dövr abidələrinin öyrənilməsi ilə...
|
FİLOLOJİ (ID - 14178) sif. Filologiyaya aid olan, filologiya ilə əlaqədar olan. Filoloji təhsil. Filoloji tədqiqat. Filoloji əsər. // Filologiya üsullarına əsaslanan. Əlyazmasının filoloji təhlili.
|
FİLOLOQ (ID - 14179)[yun.] Filologiya mütəxəssisi. Gənc filoloqların araşdırmaları.
|
FİLOSOF (ID - 14180)[yun. phileo - sevirəm və sophia müdriklik] 1. Fəlsəfə mütəxəssisi, ümumiyyətlə, fəlsəfə ilə məşğul olan, dünyagörüşü məsələlərini tədqiq edən alim, mütəfəkkir. Görkəmli Azərbaycan filosofu Bəhmənyar. Şair Füzuli...
|
FİLOSOFANƏ (ID - 14181) sif. [yun. philosof və fars. ...anə] 1. Filosof kimi (bax filosof 2 -ci mənada). Həyata filosofanə (z.) baxmaq. // Dərin fikrə dalmış kimi görünən. Rüstəm bəyin filosofianə siması birdən-birə dəyişildi, dodaqlarında səmimi və...
|
FİLOSOFLUQ (ID - 14182)is. Fəlsəfi mühakimələrə meyil, mücərrəd mühakimələrlə məşğul olma. // məc. Əllaməlik, üqəlalıq. [Yəhya:] Filosofiluq sənə heç yaraşmır, Əli. Y.Əzimzadə. □ Filosofluq etmək - əllaməlik etmək. Telli arvad [Rüstəm...
|
FİLTR (ID - 14183)[fr.] Mayeni içində olan bərk cisimlərdən ayırmaq üçün cihaz və ya məsaməli cisim; süzgəc.
|
FİLTRAT (ID - 14184)[fr.] Filtrdən (süzgəcdən) keçirilmiş maye.
|
FİN (ID - 14185)Finlandiyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Fin profiessional musiqi mədəniyyəti.
□□ Fin bıçağı - qında gəzdirilən qısa yoğun tiyəli bıçaq; finka. |
FİNAL (ID - 14186)[ital. finale - sonuncu, axırıncı]
inc. Musiqi, teatr və ya ədəbi əsərin sonu. Simfioniyanın finalı. Romanın finalı. - “Koroğlu” uvertürası operanın finalında səslənən təntənəli və möhtəşəm musiqi ilə qurtarır. Ə.Bədəlbəyli.... |
FİNALÇI (ID - 14187)is. idm. Final oyununda, yarışında iştirak edən idmançı və ya idman komandası. Finalçıların yarışı (görüşü). Finalçı idmançı.
|
FİNCAN (ID - 14188)is. Çay, qəhvə, su və s. içmək üçün kiçik, dairəvi, əsasən dəstəli, saxsı və ya çini qab. Qəhvə fincanı. Fincana şərbət
tökmək. Çini fincan. - Piri kişi.. çaydandan ikifincan çay töküb süfrəyə qoydu. S.S.Axundov.... |
FİNCƏ (ID - 14189)sif. və zərf Fin dilində. Fincə danışmaq. Fincə-rusca lüğət. Fincə öyrənmək.
|
FİNİŞ (ID - 14190)[ing. finisch - son] 1. Sürət idman yarışlarının həlledici son hissəsi. Qaçışın finişi.
2. Belə yarışlarda distansiyanın son nöqtəsi. Finişə birinci çatmaq. // Məc. mənada. Sənsiz olacağam deməyə gəlmir dilim; Kim bilir,... |
FİNKA (ID - 14191)[rus.] bax fin bıçağı ("fin”də).
|
FİN-UQOR (ID - 14192) Fin-uqor dilləri dilç. başlıca olaraq Mərkəzi və Şərqi Avropada və Asiyanın şimal-qərbində yaşayan xalqların (macarların, finlərin, karellərin, estonların, xantların, mansilərin, saamların, komilərin və bəzi başqa xalqların)...
|
FİRAVAN (ID - 14193)sif və zərf [fars.] Çox, bol, çoxlu, varlı. Firavan həyat. Firavan dolanacaq. - Uşaqlığında ata-ananın nəvazişindən başqa heç nə görməyən Səltənət ərə gedəndən sonra çox firavan yaşamışdı. Ə.Vəliyev. Daha da firavan,...
|
FİRAVANLIQ (ID - 14194)is. Yaşayış üçün hər cür maddi nemətlərin bol olduğu hal; bolluq, rifah. Firavanlıq içində yaşamaq. - Adamların şərəfli əməyi ilbəil ölkəmizə bolluq, xalqımıza firavanlıq gətirəcəkdir.
|
Bu səhifə dəfə baxılıb