FİLANsif [ər.] Bir adamın, bir şeyin yaxud bir yerin adını çəkmək istəmədikdə onun əvəzinə işlədilən söz. Filan adam. Filan kənd. Filan ev. - Bihudədir ol qamu fəsanə; Kim, aşiqdir filan filanə. Füzuli. Birdən eşidərdilər ki, Əbdülkərim filan kənddə filan adamın evində gizlənibdir. Ə.Haqverdiyev.
□□ Filan filan olmuş (şüdə) dan. - söyüş məqamında işlədilən evfemistik ifadə. Ədə, filan filan şüdə, sən cürət elədin, mənim arvadımın adını soruşdun? C.Məmmədquluzadə. Deməzlərmi, ay filan filan olmuşun qızı, bir tikə uşağın şəhərlərdə, hacıların qapısında nə iti azmışdı ? Mir Cəlal. Paylaşın - Hamı bilsin
|