İzahlı lüğət

FƏRSİZLİK (ID - 14045)

is. Əlindən iş gəlməmə; bacarıqsızlıq, qabiliyyətsizlik, biveclik, bifərlik. Fərsizliyindən ixtisas qazana bilmədi.

FƏRŞ (ID - 14046)

is. [ər.] Döşənəcək (xalça, palaz, cecim və s.). Otağa fərş salmaq. Fərşin üstündə oturmaq. - Əvvəlimci otaqda əlvan fərşlər döşənib, qəribə gül və giyah ilə və quş şəkilləri ilə səqfi münəqqəş olmuşdu. M.F.Axundzadə....

FƏRYAD (ID - 14047)

is. [fars.] Acı-acı bağırma; nalə, fəğan, ah-nalə, vaveyla. Oğlunu itirmiş ananın fəryadı. - İnilti, qışqırıq, ah, fəryad, gülüş; Bürüyüb aləmi, dönüb tufana. M.Rahim. Bu insan fəryadına; Baxdıqca nələr düşür; Hər...

FƏRZ (ID - 14048)

is. [ər.] 1. Güman, təxmin, ehtimal; bir şeyi var və ya yox sayma. □ Fərz edək (ki)... - tutaq ki... Belə fərz edək ki, indi ramazan daxil oldu. C.Məmmədquluzadə. Fərz etmək - güman etmək, ehtimal etmək, təxmin etmək, hesab etmək....

FƏRZƏN (ID - 14049)

zərf [ər.] klas. Fərz, təxmin yolu ilə; ehtimalən, tutaq ki, fərz edək ki. Fərzən ehtimal edib deyək ki, bizdən savayı bütün dünyanın arvadları özlərini öldürüb çalışdıqları və onlara bir çox kişilər də yardım etdikləri...

FƏRZİYYƏ (ID - 14050)

is. [ər.] Bir şey haqqında təxmini mülahizə; güman, ehtimal, fikir, zənn. Kainatın əmələ gəlməsi haqqında fərziyyə. Onun fərziyyəsinə görə... Fərziyyə həqiqətə çevrildi. - [Şeyda] uzun müddət yoxlamadığı, götür-qoy...

FƏS (ID - 14051)

is. [Mərakeşdə şəhər adından] Bəzi Şərq ölkələrində kəsik konus şəklində, əsasən qırmızı rəngli, qotazlı baş geyimi. Qırmızı fəs, qırmızı ipək qurşaq, sırmalı arxalıq Rüstəm bəyə çox yaraşırdı. Çəmənzəminli....

FƏSAD (ID - 14052)

is. [ər.] 1. Nifaq, qarışıqlıq, fitnə, intriqa. Bizdə görünməz nə fəsadü nifaq; Işləməyə bir-birimizdən qoçaq. M.Ə.Sabir. Hiyləgər ruhanilərin fəsad torlarını yırtıb, o tordan çıxmaq üçün zəhmət çəkib dünya elmlərini...

FƏSADÇI (ID - 14053)

is. Araya fəsad, fitnə salan, nifaq salan, fəsad törədən, aravuran, araqarışdıran adam; intriqaçı. [Qətibə:] Allahtaalaya çox şükür olsun ki, indiyə qədər məmləkətin başına fəlakət gətirən fitnə və fəsadçılar rədd olub...

FƏSADÇILIQ (ID - 14054)

is. Fəsadçının işi, peşəsi; fəsad, fitnə düzəltmə, araqarışdırma, intriqa salma; intriqaçılıq.

FƏSAHƏT (ID - 14055)

is. [ər.] Fikri səlis, aydın, düzgün və məntiqi ifadə etmək bacarığı, natiqlik məharəti; gözəl danışmaq, anlatmaq qabiliyyəti. Natiqin nitqindəki fəsahət. [Əmiraslan ağa:] ..Siz də o fəsahət, bəlağət qapısı olan ağzınızı...

FƏSAHƏTLİ (ID - 14056)

sif Aydın, gözəl, səlis, düzgün. Fəsahətli nitq. - Əmir Bus-Suvar böyük şah idi, dediyini eyləyən, müdrik ləyaqətli, ədalətli, şücaətli, fəsahətli, dini sevən, uzaqgörən idi.. “Qabusnamə”.

FƏSƏLİ (ID - 14057)

is. Arasına yağ sürtülmüş qat-qat xəmirdən tavada və ya təndirdə bişirilən çörək, qoğal. Bizim gəlinlərin bayramqabağı; Fəsəli yaymağı yadıma düşdü. S.Vurğun.

FƏSİH (ID - 14058)

sif [ər.] Fəsahətli, gözəl, aydın, təmiz, düzgün, səlis (tələffüz, nitq haqqında). Fəsih nitq. Fəsih (z.) danışmaq. - Axund Molla Sadıq çıxdı minbərə, bir fəsih xütbədən sonra başladı.. M.F.Axundzadə.

FƏSİL (ID - 14059)

is. [ər.] 1. İlin bölündüyü dörd mövsümdən hər biri; mövsüm. Qış fəsli. Hər fəsildə üç ay var; Üç ulduz var, üç ay var. (Bayatı). Hər ilin dörd fəsli var və hər fəslin də öz təğazası var. C.Məmmədquluzadə. // İlin...

FƏSİLƏ (ID - 14060)

is. [ər.] biol. Quruluşca oxşar, mənşəcə bir-birinə yaxın bir neçə heyvan və ya bitki cinsinin əmələ gətirdiyi qrup. Quru otlar içərisində ən yaxşıları -paxla və taxıl fəsiləsinə mənsub olan təbii biçənək otları: yonca,...

FƏTH (ID - 14061)

is. [ər.] 1. Bir şəhər və ya ölkəni silah gücü ilə zəbt etmə, alma. // Qələbə, zəfər, qalibiyyət. [Mustafa xan:] Ümidini Allaha bağla, inşallah, fəth biz ilə olar. Ə.Haqverdiyev. □ Fəth etmək - 1) zorla, silah gücü ilə almaq,...

FƏTHƏ (ID - 14062)

[ər.] bax zəbər.

FƏTİR (ID - 14063)

is. [ər.] Mayalı və ya mayasız xəmirdən, bəzən yağ, cızdaq, və s. qatılaraq təndirdə və ya sacda bişirilən çörək. Mayalı fətir. Fətir bişirmək. Fətir üçün xəmir yoğurmaq. - Sona xala əlində bir podnos, içində .. qaymaq,...

FƏTİRSİFƏT (ID - 14064)

sif. İri, kök, girdə sifəti olan. Fətirsifət arvad.

FƏVVARƏ (ID - 14065)

is. [ər.] 1. Təzyiq altında fışqıran su şırnağı; bu şırnağı fışqırtmaq üçün düzəldilən hovuz və qurğular; fontan. Fəvvarəni işə salmaq. Bakı bulvarının gözəl fəvvarələri var. - Gözüylə seyr edir, zövq alır qəlbən;...

FƏVVARƏLƏNMƏ (ID - 14066)

“Fəvvarələnmək” dən f.is.

FƏVVARƏLƏNMƏK (ID - 14067)

f Fəvvarə kimi vurmaq, qalxmaq, püskürmək, fışqırmaq.
Su fəvvarələnirdi. - Tankın ətrafından tüstülər və alovlar fəvvarələndi. Ə.Əbülhəsən.

FƏVVARƏLİ (ID - 14068)

sif Fəvvarəsi olan; fontanlı. Fəvvarəli bağça. Fəvvarəli həyət. - Budur, fəvvarəli hovuzun kənarında bir dəstə adam əyləşmişdir. Mir Cəlal.

FƏZA (ID - 14069)

is. [ər.] 1. Kainatda sonsuz boşluq; göy, asiman. Ulduzlu fəza dəniz üzərinə çevrilmiş bir süzgəcə bənzəyirdi. M.S.Ordubadi.
2. məc. Yüksəklik, ənginlik. Yenə də insanın xəyal şahpəri; Gəzir fəzaları, göy dənizləri....

FƏZİLƏT (ID - 14070)

is. [ər.] 1. İnsanda ağıl, kamal, elm-mərifət, mərdlik, yüksək mənəviyyat, alicənablıq kimi sifətlərin ümumi adı. // Müdriklik, kamillik; ehtiram doğuran sifətlər. [Sevda:] Sus, onda fəzilət var; Qüdrət və cəsarət var. H.Cavid....

FƏZİLƏTLİ (ID - 14071)

sif Fəzilət sahibi olan, fazil; yüksək mənəvi keyfiyyətlərə malik olan. Fəzilətli bir şəxs.

FINDIQ (ID - 14072)

is. Bərk qabıq içində ikibölümlü ləpəsi olan qozaoxşar, lakin ondan kiçik meyvə; həmin meyvənin yabanı və ya əkilən kolu. Fındıq meşəsi. Fındığın içi boşdur. Gözəl fındıq sındırır, tut qurusu arıtlayır, Həbib yavaş-yavaş...

FINDIQBURUN (ID - 14073)

sif. Balaca, girdə və ucu bir qədər qalxıq burnu olan. Fındıqburun uşaq. - [Nisə xanım Şeydaya:] Nə olub? Yoxsa körpə [Vahidovların] fındıqburun nəslinə çəkib? Ə.Məmmədxanlı.

FINDIQÇA (ID - 14074)

bax çırtıq 1-ci mənada. Fındıqça çalmaq.

FINDIQLI (ID - 14075)

sif. Tərkibində fındıq olan. Fındıqlı konfet. Fındıqlı halva.

FINDIQLIQ (ID - 14076)

is. Çoxlu fındıq ağacı bitmiş və ya əkilmiş yer. Fındıqlığı sulamaq. - Başqa bir tərəfdə, dikyalın o üzündə .. fındıqlıq meşəsi başlanırdı. S.Rəhimov.

FINDIQSINDIRAN (ID - 14077)

is. Fındıq, qoz, badam kimi meyvələrin qabığını sındırmaq üçün alət; sıxac.

FINXIRIQ (ID - 14078)

b a x fınxırtı.

FINXIRIŞMA (ID - 14079)

“Fınxırışmaq” dan f.is.

FINXIRIŞMAQ (ID - 14080)

qarş. Fınxırmaq (çoxları haqqında).

FINXIRMA (ID - 14081)

“Fınxırmaq” dan f.is.

FINXIRMAQ (ID - 14082)

f. 1. Havanı burun deşiklərindən güclə buraxmaqla səs çıxarmaq. İnək fınxırır. - Buğa fınxırıb dik ayağa qalxdı. M.Rzaquluzadə. At fınxırıb iki dal ayaqları üstə göyə qalxdı. “Koroğlu”.
2. Səs çıxara-çıxara...

FINXIRTI (ID - 14083)

is. Fınxırarkən çıxarılan səs; fınxırıq. İnəyin fınxırtısı. Fınxırtı səsi. - Qırmanc səsi atların fınxırtısına qarışdı, ancaq fayton yenə də irəliləmədi. M.Hüseyn. Ancaq atların burnundan çıxan fınxırtılarla ayaqlarının...

FIR (ID - 14084)

is. 1. Həşəratın təsirindən və s. səbəblərdən bitkilərin müxtəlif yerlərində əmələ gələn şiş; donqar. Tut ağacının fırı. Palıd ağaclarının düyünləri və yumru fırları irəliyə doğru çıxırdı. S.Rəhimov.
dan....

FIRÇA (ID - 14085)

is. Rəng çəkmək, yapışqan sürtmək və s. üçün dəstəyə bərkidilmiş tük, qıl və. s. topasından ibarət alət. Rəngsaz fırçası. Fırça ilə kağıza yapışqan sürtmək. Xınalıq gecələrinin gözəlliyi mahir bir rəssam fırçası...

FIRÇILDAMA (ID - 14086)

“Fırçıldamaq” dan f.is.

FIRÇILDAMAQ (ID - 14087)

f. Fırçıltı səsi çıxarmaq, fırç-fırç eləmək. Kosa içində su fırçıldayan (f.sif.) qaloşlarını tappıldada-tappıldada qayıdıb çöl tərəfdən [Sübhanverdizadənin] kabinetin qapısına bir təkan vurdu, qapı açılmadı. S.Rəhimov....

FIRÇILTI (ID - 14088)

is. Bir cismin palçığa və ya başqa qatı, suvaşqan bir şeyə batarkən çıxardığı səs.

FIRFIRA (ID - 14089)

is. 1. Çox iti fırlanarkən bir ucu üzərində dik vəziyyətdə duran dairə və ya şar şəklində oyuncaq; fırlanqıc. Fırfıra fırlatmaq.
fiz. Dayaq nöqtəsi ətrafında istənilən sürətlə fırlana bilən bərk cisim.
□□...

FIRIQ (ID - 14090)

sif. və zərf Əngəl, pis, yaman, fəna (adətən “işi” sözü ilə bərabər). Onun işi fırıqdır. - Şeytan işi fırıq görüb qaibə çəkildi. (Nağıl).

FIRILDAQ (ID - 14091)

is. 1. Hiylə, kələk, dolab, badalaq, biclik. Hərifın fırıldağını başa düşmək. - [Molla İbrahim:] Şeyx Yəhyanın bütün fırıldaqlarını açıb, Xorasan camaatına elan etmək mənim borcum olsun. S.Hüseyn. [Musa:] De görüm, indi...

FIRILDAQÇI (ID - 14092)

is. Fırıldaq işlədən, kələkbaz, hiyləbaz, adamaldadan, haramzadə, aferist. [Firəngiz:] Fırıldaqçılara, ..Muxtar Qaradağlı kimi üzdəniraq mütəxəssis ferma müdirinə aman yoxdur! B.Bayramov. // Sif. mənasında. Fırıldaqçı adam....

FIRILDAQÇILIQ (ID - 14093)

is. Fırıldaqçının işi, peşəsi; kələkbazlıq, hiyləgərlik, haramzadəlik. Ana zəifdir, lakin dünyanın güclülərinin və zalımlarının hiyləgərliyi və fırıldaqçılığına qarşı onun qüdrətli silahı təmizlik və düzlükdür....

FIRILDAMA (ID - 14094)

“Fırıldamaq” dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed