İzahlı lüğət

FIRILDAQ

is. 1. Hiylə, kələk, dolab, badalaq, biclik. Hərifın fırıldağını başa düşmək. - [Molla İbrahim:] Şeyx Yəhyanın bütün fırıldaqlarını açıb, Xorasan camaatına elan etmək mənim borcum olsun. S.Hüseyn. [Musa:] De görüm, indi nə fırıldağın var? M.İbrahimov. □ Fırıldaq gəlmək (düzəltmək, işlətmək) - kələk işlətmək, dolab gəlmək, biclik işlətmək, hiyləbazlıq eləmək, badalaq qurmaq. Mən az görməmişəm badalaqları; Min fırıldaq gələn o alçaqları! S.Vurğun. [Ataş:] Mən bilirdim, [Veysəlgili] əvvəl-axır belə fırıldaq düzəltməli idilər. Ə.Vəliyev.
dan. Fırıldaqçı mənasında. Fırıldağın biridir. - [Fərrux Natiqə:] Ədə, sən başdanayağa fırıldaqmışsan ki! B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

FIR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed