İzahlı lüğət

FƏRYAD

is. [fars.] Acı-acı bağırma; nalə, fəğan, ah-nalə, vaveyla. Oğlunu itirmiş ananın fəryadı. - İnilti, qışqırıq, ah, fəryad, gülüş; Bürüyüb aləmi, dönüb tufana. M.Rahim. Bu insan fəryadına; Baxdıqca nələr düşür; Hər baxanın yadına. B.Vahabzadə. □ Fəryad etmək (qoparmaq, çəkmək, qılmaq) - acı-acı bağırmaq, ah-nalə etmək, fəğan etmək. Həqiqət hal, hər həftə fəryad etmək də yaxşı deyil. N.Nərimanov. Gəlin... acı bir fəryad çəkib özündən getdi. Mir Cəlal. // məc. İnləmək, ağlamaq, sızlamaq. Axır günün əvvəl eyləyib yad; Axıtdı sirişkü qıldı fəryad. Füzuli. Külək uğuldadıqca çinarın qurumuş yarpaqları fəryad qoparırdı. Ə.Vəliyev. Üç addım o tərəfdə kiçik bir qız fəryad edir. Ə.Məmmədxanlı. Fəryada gəlmək - bax fəryad etmək. Ələmi-layətənahinin əlindən, Hadi; Yeri vardır nə qədər gəlsən əgər fəryadə. M.Hadi. // Qışqırıq, bağırtı, çığırtı. Xəstənin fəryadı. - İçəridən boğuq bir səs gəldi, ani birfəryad duyuldu. Çəmənzəminli. □ Fəryad qoparmaq (etmək) - qışqırmaq, bağırmaq, çığırtı salmaq. // İmdada, köməyə çağırış səsi. Fəryadına yetişən olmadı. - Heç kəs Nəbinin səsini, naləsini, fəryadını eşitmirdi.. Ə.Abasov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

FUK

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed