
FƏTİRis. [ər.] Mayalı və ya mayasız xəmirdən, bəzən yağ, cızdaq, və s. qatılaraq təndirdə və ya sacda bişirilən çörək. Mayalı fətir. Fətir bişirmək. Fətir üçün xəmir yoğurmaq. - Sona xala əlində bir podnos, içində .. qaymaq, yağ, yağlı fətir.. masaya süfrə salıb, məni oraya təklif etdi. S.S.Axundov. Qara oğlan əlindəki fətiri yeyib qurtardı, ovcu ilə dodaqlarını sildi. M.Hüseyn. // etnoqr. Toyda oğlan evindən qız evinə göndərilən xüsusi yapılmış iri yağlı çörək.
Paylaşın - Hamı bilsin
|