İzahlı lüğət

FƏRZ

is. [ər.] 1. Güman, təxmin, ehtimal; bir şeyi var və ya yox sayma. □ Fərz edək (ki)... - tutaq ki... Belə fərz edək ki, indi ramazan daxil oldu. C.Məmmədquluzadə. Fərz etmək - güman etmək, ehtimal etmək, təxmin etmək, hesab etmək. Mən belə fərz edirəm ki... - Bir dəqiqəliyə belə fərz eləyək ki, Midhət.. günahkardır və ona verilən ağır cəza da ədalətlidir. M.Hüseyn. Fərz olunmaq - güman edilmək, ehtimal edilmək, təxmin edilmək, niyyətdə tutulmaq.
2. Vacib, zəruri, daha artıq lazım (vacib) olan şey. Ey insanlar, fərz deyilmi bizlərə;
Rəhm eyləmək, əl tutmaq acizlərə? A.Səhhət. Fərz olmaq - vacib olmaq, zəruri olmaq, lazım olmaq. Hələ ki müqərrər oldu getmək; Fərz oldu bu sirri zahir etmək. Füzuli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed