FIRFIRAis. 1. Çox iti fırlanarkən bir ucu üzərində dik vəziyyətdə duran dairə və ya şar şəklində oyuncaq; fırlanqıc. Fırfıra fırlatmaq.
fiz. Dayaq nöqtəsi ətrafında istənilən sürətlə fırlana bilən bərk cisim. □□ Fırfıra kimi fırlanmaq məc. - yaltaqlanmaq, quyruq bulamaq, qulluq göstərmək. Yarməmmədlə [Salman] fırfıra kimi sədrin başına fırlandılar. M.İbrahimov. Leylək Zərrintac xanımın qabağında nə qədər qulluq göstərib fırfıra kimi fırlansa da .. xanım onu saya salmırdı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|