FƏSİLis. [ər.] 1. İlin bölündüyü dörd mövsümdən hər biri; mövsüm. Qış fəsli. Hər fəsildə üç ay var; Üç ulduz var, üç ay var. (Bayatı). Hər ilin dörd fəsli var və hər fəslin də öz təğazası var. C.Məmmədquluzadə. // İlin çoxlu meyvə yetişən, bitkilərin çoxlu çiçək açan dövrü. Meyvə fəsli. - Fəsligüldür, aləm içrə novbahar olmuş, könül! Ə.Nəzmi. Çiçəkfəsli deyil indi! Barıt vardır havalarda. S.Vurğun.
2. Kitabın, məqalənin, sənədin və s.-nin nömrə və ya ayrıca sərlövhə ilə işarələnən hissəsi. Əsərin ikinci fəsli. Birinci fəsli ixtisar etmək. - Bəzən nöqsan da olur; Sevimli bir romanın; Gözəl fəsillərində. İ.Səfərli. Paylaşın - Hamı bilsin
|