İzahlı lüğət

FIRÇA

is. Rəng çəkmək, yapışqan sürtmək və s. üçün dəstəyə bərkidilmiş tük, qıl və. s. topasından ibarət alət. Rəngsaz fırçası. Fırça ilə kağıza yapışqan sürtmək. Xınalıq gecələrinin gözəlliyi mahir bir rəssam fırçası ilə canlansa, bu lövhəyə baxanlar onun həqiqətinə çətin inanarlar. R.Rza. Əsmər, bir əlində palitra, o biri əlində fırça, iri qovaq ağacının altında molbertin qabağında dayanıb şəkil çəkirdi. M.Süleymanov. // Üz qırxanda sabun sürtmək üçün kiçik şotka. Sübhanverdizadə camı bir əlinə götürüb, ayna qabağına yeridi və fırça ilə üzünü sabunlayıb suvadı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

FE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed