İzahlı lüğət

FƏSAD

is. [ər.] 1. Nifaq, qarışıqlıq, fitnə, intriqa. Bizdə görünməz nə fəsadü nifaq; Işləməyə bir-birimizdən qoçaq. M.Ə.Sabir. Hiyləgər ruhanilərin fəsad torlarını yırtıb, o tordan çıxmaq üçün zəhmət çəkib dünya elmlərini təhsil eləyirlər. C.Məmmədquluzadə. □ Fəsad düşmək - hərc-mərclik düşmək, qarmaqarışıqlıq düşmək, asayiş, əmin-amanlıq pozulmaq, dava düşmək, nifaq düşmək. Fəsad salmaq - hərc-mərclik salmaq, ara qarışdırmaq, nifaq salmaq, intriqa salmaq. Aralarına fəsad salmaq. - Həm də olurdu uşaq dərsdə bədetiqad; Məzhəbə rəxnə vurub, dinə salırdı fəsad. M.Ə.Sabir.
2. tib. Xəstəliyin törətdiyi ağır, qorxulu nəticələr; pozuqluq. Deyiblər ki, tənbəllik bədən üçün fəsaddır. “Qabusnamə”.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed