FANİLİK (ID - 13845)is. klas. Axırı puçluq, zaval, yox olma, müvəqqətilik, keçicilik. [Vaqif:] Hər şey fani də olsa, faniliyin qəlb, şüur və ağıl kimi gözəl rəhbərləri var. Çəmənzəminli.
|
FANTAST (ID - 13846)[yun.] 1. Xəyalpərəst, fantaziyaçı.
2. ədəb. Fantastik süjetləri təsvir etməyə daha çox meyil göstərən yazıçı, sənətkar. |
FANTASTIK (ID - 13847)sif [yun.] 1. Fantastikaya əsaslanan, fantastik mövzuda olan; xəyali. Fantastik roman. Fantastik süjet xətti. Fantastik əsər.
2. Əcaib, qəribə, əfsanəvi, ecazkar. Fantastik mənzərə. Fantastik görünüş. |
FANTASTİKA (ID - 13848)[yun.] 1. Xəyalda yaranan fikirlər, təsəvvürlər, surətlər; xəyali təsəvvür, gerçəkliyin mübaliğəli və ya fovqəltəbii şəkildə təsviri. Elmi fantastika. Yazıçı fantastikası. // top. dan. Hadisələrin şişirdilmiş və ya fövqəltəbii...
|
FANTAZİYA (ID - 13849)[yun. phantasia - xəyal] Xəyalən bir şey uydurma, təsəvvür etmə bacarığı, yaradıcılıq təxəyyülü. Yazıçı fantaziyası. Rəssamın fantaziyası. - Dastanlar xalq fantaziyasının məhsuludur. M.Hüseyn. // Xəyal, təxəyyül məhsulu....
|
FANTAZİYAÇI (ID - 13850)b ax fantast 1-ci mənada.
|
FANUS (ID - 13851)is. [yun.] Fənər. Ər-arvad birbirinə qoşulub, fanus əllərində axşam getdilər qazının yanına. Çəmənzəminli. Gecənin qaranlığında küçələr nökərlərin saxladığı böyük fanuslarla işıqlanmışdı. M.S.Ordubadi.
|
FARA (ID - 13852)[fr.] Yolu işıqlandırmaq üçün avtomobillərdə, traktorlarda və s.-də reflektoru olan fənər. Avtomaşının farası. Motosikletin farası. - [Yarməmməd Naznaza:] Gördüm qabaqda, məktəb bağının ətəyində, çəpərin dibində bir şey...
|
FARAĞAT (ID - 13853)sif və zərf [ər.] 1. Sakit, səssiz, dinməz-söyləməz. Birdən Məcid Səmədə sarı dönüb, divar uzunu farağat oturmuş adamlara işarə etdi. İ.Hüseynov // Farağat!
hərəkətsiz, düz, sakit, səssiz durmaq haqqında hərbi komanda.... |
FARAŞ (ID - 13854)sif və zərf [ər.] Vaxtından, mövsümündən qabaq, tez əkilən. Faraş əkin.
Aqronomlar deyirlər ki, faraş səpin yaxşı olur. Ə.Vəliyev. Faraş səpilmiş reyhan iyi adamı valeh edir. Mir Cəlal. // Mövsümündən, vaxtından qabaq... |
FARİNGIT (ID - 13855)is. [yun.] tib. Udlağın selikli qişasının iltihabı. Kəskin faringit. Xronik faringit.
|
FARMAKOLOGİYA (ID - 13856)[yun. pharmakon dərman və logos - elm] Dərman maddələrinin orqanizmə təsiri haqqında elm. Eksperimental farmakologiya. Ümumi və xüsusi farmakologiya. “Farmakologiya və toksikologiya” jurnalında farmakologiya sahəsindəki tədqiqatlar...
|
FARMAKOLOJİ (ID - 13857)sif. Farmakologiyaya aid olan, farmakologiya ilə əlaqədar olan. Farmakoloji tədqiqat.
|
FARMAKOLOQ (ID - 13858)[yun.] Farmakologiya mütəxəssisi. Farmakoloqların elmi cəmiyyəti.
|
FARMAZON (ID - 13859)is. və sif [əsli “frankmason” sözündən olması güman edilir] 1. Ədalı, ədabaz.
2. Azad, nihilist. |
FARS1 (ID - 13860) is. İranın əsas əhalisini təşkil edən və həmin adlı dildə danışan xalq və bu xalqa mənsub adam. Farslar islama qədər zərdüştlüyə etiqad edirdilər.
|
FARS2 (ID - 13861) is. [fr.] Yüngül komediya.
|
FARSCA (ID - 13862)sif və zərf Fars dilində. Farsca danışmaq. Farsca-azərbaycanca lüğət. Məktubu farsca yazsan, xalqın başa düşmədiyi şəkildə yazma, yaxşı deyil, xüsusilə, məlum olmayan söz işlətmə. “Qabusnamə”.
|
FARSÇILIQ (ID - 13863)is. Fars dili və mədəniyyətini zorla fars olmayanlara qəbul etdirməyə çalışmaqdan ibarət şovinist siyasət.
|
FARSİ (ID - 13864)is. [fars.] Fars dili. Süheyli çörək yeyən qardaşlarına sarı getdi. Onlar nə isə pıçıldaşırdılar: - Farsini kamil bilirsənmi? M.İbrahimov.
|
FARSLAŞDIRMA (ID - 13865)f.is. İran şovinistlərinin qeyri-fars xalqları dil və adətcə zorla fars etmək siyasəti.
|
FARSLAŞDIRMAQ (ID - 13866)f Fars olmayan xalqları dil və adətcə zorla fars etmək.
|
FARSLAŞMA (ID - 13867)“Farslaşmaq” dan f.is.
|
FARSLAŞMAQ (ID - 13868)f Fars dili, ənənə və adətlərini qəbul etmək; fars olmaq.
|
FASAD (ID - 13869)[fr.] Binanın çölə baxan əsas qabaq tərəfi; ön tərəf. [Fazilov:] Harası xoşa gəlmir? [Arxitektor:] Xüsusən qabağı, fasad tərəfi. Mir Cəlal. [Elçin Sevincə:] ..Fasad ağ daşdan olacaq.. Z.Xəlil. // Binanın, hər hansı bir tikilinin...
|
FASİD (ID - 13870)sif. [ər.] köhn. 1. Pozğun, pozulmuş. Deməm ki, fasidi vəsf et, sakın fəsadından! Yamanə yaxşı demək nasəza deyil də, nədir? Ə.Vahid. Fitnə-fəsadçı, araqarışdıran.
|
FASİQ (ID - 13871)is. [ər.] 1. Günah işlərlə məşğul olan adam; dinsiz. [Quşbazoğlunun] Allahı da, dini də pul, dövlət və zülm idi. Həm də çox hiyləgər və fasiq adam idi. “Qatır Məmməd”. [İbrahim:] Ayağıma dəmir çarıq geyib, əlimə dəmirdən...
|
FASİLƏ (ID - 13872)is. [ər.] 1. İşin, fəaliyyətin müvəqqəti dayandırılması; işin, fəaliyyətin müvəqqəti dayandırıldığı, ara verdiyi vaxt, müddət. Murad bir anlıq fasilədən sonra davam etdi. İ.Əfəndiyev. Dilbər nahar fasilələrində kolxozçulara...
|
FASİLƏLİ (ID - 13873)sif. və zərf Fasilə ilə olan, arası kəsilən, fasilə verilən, ara verilən. Fasiləli dərs prosesi. Fasiləli iş günü.
|
FASİLƏSİZ (ID - 13874)sif. və zərf Arada fasilə olmadan, fasilə vermədən, ara vermədən, arasını kəsmədən, arası kəsilmədən. Fasiləsiz tamaşa. Fasiləsiz işləmək. - Fatı birdən ətini kəsirlərmiş kimi fasiləsiz qışqırdı. Ə.Abasov.
|
FASİLƏSİZLİK (ID - 13875)is. Arasıkəsilməzlik, ara vermədən davam etmə, aramsızlıq.
|
FASON (ID - 13876)[fr.] 1. Ülgü, biçim, model (paltarda, ayaqqabıda və s.-də). Köhnə fasonda paltar. - [Şahnaz:] Elə nazik paltarlar tikdirmişəm ki, baxanda adamın ağlı gedir. Hamısı da təzə fason. I.Şıxlı.
2. məc. Fors, əda, təşəxxüs,... |
FASONLU (ID - 13877)sif. 1. Müəyyən fason (ülgü, biçim, model) üzrə hazırlanmış, tikilmiş, düzəldilmiş. Fasonlu saç. Fasonlu tufli.
2. məc. Ədabaz, təşəxxüslü, ədalı, bəzəkli-düzəkli, şıq. |
FAŞ (ID - 13878)sif. [ər.] Meydana çıxan, zahir olan, üstü acılan, ifşa olunan, büruzə çıxan. Faş etmək - gizli işi, sirri başqalarına demək, bildirmək, yaymaq, açmaq, üzə çıxarmaq, üstünü açmaq. Gizli xəbəri faş etmək. - [“Molla Nəsrəddin”]...
|
FAŞİST (ID - 13879)[ital.] Faşizm tərəfdarı. Faşistlərin törətdikləri cinayətlər. - Faşist adlı məxluqun yoxdur qəlbi, vicdanı. M.Rahim. Faşistlər [dustaqların] güllələnəcəyi haqqında kənddə divarlara elanlar yapışdırmışdılar. Ə.Sadıq....
|
FAŞİZM (ID - 13880)[ital. fascismo - dəstə, birləşmə] 1. Italiyada 1922-1943-cü illər arasında mövcud olan və imperialist burjuaziyanın ən təcavüzkar dairələrinin mənafeyini ifadə edərək dövlət sərhədlərini genişləndirməyi qarşısına məqsəd...
|
FATA (ID - 13881)is. [lat.] Duvaq.
|
FATALIST (ID - 13882)[lat. fatalis - tale, qismət] Qəzavü-qədərə, olacağa, taleyə, qismətə inanan adam.
|
FATALİZM (ID - 13883)[lat.] Qəzavü-qədər, taleyə inanan. Fatalizm ideyası. Teoloji fatalizm.
|
FATEH (ID - 13884)is. [ər.] 1. Bir məmləkəti, ölkəni tutan, ölkələr fəth edən, işğal edən şəxs. [İskəndər:] Ad-sanım dünyada bilinsin gərək! Fatehlər tarixdən silinsin gərək! A.Şaiq. Qılınc çalan min bir fateh ad qoymadı heç bu yerdə....
|
FATİHƏ (ID - 13885)is. [ər.] Quranın ilk surəsi. Fatihə vermək.
□□ ...Fatihəsi oxunub məc. - Bir şeydən ümidin kəsildiyi məqamda işlənir. |
FATMANƏNƏ (ID - 13886) Fatmanənə qurşağı (xanası) - bax göy qurşağı ("göy”də).
|
FAUNA (ID - 13887)is. [lat.] Hər hansı bir ərazinin və ya geoloji dövrün heyvanlar aləmi, bütün heyvan növləri; heyvanat aləmi. Səhra faunası. Abşeronun faunasını tədqiq etmək.
Dənizlərin əmələ gəlməsi tarixi başqabaşqadır. Buna görə... |
FAY1 (ID - 13888) is. [fr.] Köndələn və incə zolaqları olan sıx ipək və ya yun parça. 5 metr fay. [Əminə] .. qəşəng al faydan kofta geymiş, başına da heyratı kəlağayı örtmüşdü. Ə.Əbülhəsən. // Həmin parçadan tikilmiş. Fay paltar.
|
FAY2 (ID - 13889) [fr.] geol. Süxurların tektonik qırılma yerdəyişməsi növlərindən biri. Faylar, əsasən, dartılma şəraitində əmələ gəlir.
|
FAYDA (ID - 13890)is. [ər.] Xeyir, mənfəət. [Hacı Qara:] Yaxşı, sizə verdiyim pulun faydası necə olsun? M.F.Axundzadə. //məc. Xeyir, nəticə. [Kərbəlayı Həsənə:] Ay balam, axı məni burada saxlamaqdan nə fayda olacaq, pulum yoxdur ki, verim. Çəmənzəminli....
|
FAYDALANMA (ID - 13891)“Faydalanmaq” dan f.is.
|
FAYDALANMAQ (ID - 13892)f Fayda götürmək, xeyir götürmək, istifadə etmək, bəhrə götürmək. Zəhmətdən faydalanmaq. - İnsan faydalanmış onun hər əməlindən; İnsanpərvər alimin bu polad heykəlindən. B.Vahabzadə.
|
FAYDALI (ID - 13893)sif Fayda, xeyir verən, xeyirli, yaxşı nəticə verən. Faydalı təklif Faydalı məsləhət. - [Məsmə:] Axırda onu xəstəxanaya yerləşdirmək fikrinə düşdüm, orada daha faydalı müalicə edilərdi. S.Hüseyn. Sənət əsəri həyatı düzgün...
|
FAYDALILIQ (ID - 13894)is. Faydalı, xeyirli, səmərəli olma; xeyirlilik, səmərəlilik.
|
Bu səhifə dəfə baxılıb