
FAŞsif. [ər.] Meydana çıxan, zahir olan, üstü acılan, ifşa olunan, büruzə çıxan. Faş etmək - gizli işi, sirri başqalarına demək, bildirmək, yaymaq, açmaq, üzə çıxarmaq, üstünü açmaq. Gizli xəbəri faş etmək. - [“Molla Nəsrəddin”] Yer üzündə Allah vəkillərinin çirkin əməllərini faş edirdi. M.Ibrahimov. Saldın ayaqlara məhəbbətimi; Faş etdin aləmə hər söhbətimi. S.Rüstəm. [Zeyd Nofələ və İbn Salama:] Qayıdın geri. Qeysin sirri var. Qoymaram onun sirrini faş edəsiniz. Ə.Məmmədxanlı. Faş olmaq - üzə çıxmaq, üstü açılmaq, hamıya məlum olmaq, aşkar olmaq, yayılmaq. Dildən-dilə düşdü bu fəsanə; Faş oldu bu macəra cəhanə. Füzuli.
Paylaşın - Hamı bilsin
|